Eldar Mahmudovun ortağı Bakıya ekstradisiya edildi

18.01.2018 - 15:49
Yanvarın 17-də hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət ortaqlarından biri Sahib Ağayevi Qazaxıstanda saxlayaraq, Bakıya ekstradisiya ediblər.

Cumhuriyyet.net  xəbər verir ki, bu barədə virtualaz.org-a Azərbaycanın hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr məlumat veriblər.

Sahib Ağayev pulların yuyulmasında və iri məbləğin mənimsənilməsində ittiham olunur. Öz ortağı ilə birlikdə S.Ağayev Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb.
İstintaq S.Ağayevi 30 milyon manatın mənimsənilməsində ittiham edir. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada da ittiham edilir.
E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Xatırladaq ki, son günlər ərzində S.Ağayev Hacıyev-Mahmudov işi üzrə saxlanılmış ikinci axtarışda olan şəxsdir. Yanvarın 13-də Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin yaxın tərəfdaşlarından biri Emin Sadiq Azərbaycana ekstradisiya edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=110346

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31