Prezident itkin düşən alpinistlərlə bağlı göstəriş verdi

18.01.2018 - 17:39
Azərbaycanın baş nazirinin müavini Abid Şərifov dekabrın 23-də Tufandağ ətrafına səfər edən zaman itkin düşən 3 nəfər azərbaycanlı alpinistin axtarış işləri ilə bağlı vəziyyəti qiymətləndirib.

Cumhuriyyet.net xəbər verir ki, A.Şərifov ölkə.az-a müsahibəsində itkiş düşmüş alpinistlərin tapılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verildiyini deyib:

“Alpinistlərin tapılması üçün xarici ölkələrdən, o cümlədən qardaş Türkiyədən mütəxəssislər gətirilib, axtarış işlərinə helikopterlər cəlb olunub və sairə. Bütün bunlar böyük xərc tələb etsə də, dövlətimiz bu məsələni diqqətdə saxlayır. Həm cənab Prezident, həm də hökumətimiz çalışır ki, itən alpinistlər tezliklə tapılsın. Hər kəs də bunu istəyir. Şübhəsiz ki, bu məsələ bilavasitə cənab Prezidentin nəzarətindədir. Cənab Prezidentin göstərişi və razılığı olmadan, Fövqəladə Hallar Nazirliyi xaricdən özbaşına mütəxəssis dəvət etməz. Ona görə də bütün müvafiq qurumlar alpinistlərin tapılması üçün gecə-gündüz çalışırlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=110360

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31