“”Gəlin” konsertinə satılan biletlərlə ehtiyatlı olun” – GİLEY

22.01.2018 - 14:47

“Bu şəhərdə”nin mart ayında nəzərdə tutulan konserti üçün bilet alan şəxs xoşagəlməz halla üzləşib.

GoldNews.az xəbər verir ki, 240 AZN ödəyərək 3 nəfər üçün konsertə bilən alan Fəridə Cavadlı üzləşdiyi problemlə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Qadının sözlərinə görə “Gənclik mall”da yerləşən “iTicket” şirkətinə məxsus kassadan konsert üçün bilet alıb. Sonra müəyyən səbəblərdən dolayı konsertə gedə bilməyəcəyini anlayaraq onu geri qaytarmaq istəyib. Lakin buna müvvəffəq olmayıb. Belə ki, kassadan ona bildirilib ki, biletlər yalnız 30% cərimə ilə geri qaytarıla bilər. Qadın bildirib ki, “iTicket” şirkətinin nə rəsmi saytında, nə də biletdə qaytarılmanın mümkün olmadığı və cərimənin olduğu barədə heç bir qeyd verilməyib.

Bu barədə məlumat verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov konsertə bilet alarkən hər kəsi ehtiyatlı olmağa çağırıb.

“”Gəlin” konsertinə satılan biletlərlə ehtiyatlı olun.”Azad İstehlakçılar”İctimai Birliyinə (AİİB) daxil olan ərizəni nəzərinizə çatdıraraq bildirirəm ki, bu şikayəti mediasiya yolu ilə həll etmək üçün bilet satan şirkətin əməkdaşı Tamilla xanımla əlaqə saxladıq.Tamilla xanımın cavabı bu oldu: Bizim öz qanunlarımız var, necə istəyirik, elə də hərəkət edərik” .AİİB istehlakçının hüquqlarının qorunması üçün İqtisadiyyat Nazirliyi Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının qorunması xidmətinə və Vergilər Nazirliyinə rəsmi müraciətlər göndərilib. Yenə də köməyi dövlətimizdən istəyək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=110643

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31