Novruz Məmmədov: “Davos” dünyanı anlaşmaya çağırır

23.01.2018 - 15:16

Davos Forumu problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır.

Cumhuriyyet.net xəbər verir ki, bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Facebook” səhifəsində qeyd edib.

O qeyd edib ki, Davos İqtisadi Forumu dünəndən işə başlayıb.

“Davos Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən üç minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı, prezident İlham Əliyev görüşlərə başlayıb. Prezidentimizin 30-a yaxın görüş və panel iclaslarında iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”,  – deyə PA rəsmisi vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=110781

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31