Səhiyyə siztemində biabırçılıq: – Xəstə can hayında, ambulans yoxdur

24.01.2018 - 10:20

Azərbaycanın səhiyyə sistemində daha bir biabırçılıq qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən “Şuşa şəhərciyi”nin sakinləri təcili tibbi yardımdan şikayətçidirlər.

Məsələ burasındadır ki, sözügedən ərazinin tibb məntəqəsində cəmi bir ambulans var və bu da ciddi nöqsan hesab olunur. Vəziyyəti ağırlaşan xəstə üçün təcili tibbi yardıma zəng edildikdə “Hazırda həkimlər başqa bir xəstənin yanındadırlar. Gözləyin, ordan çıxandan sonra gələcəklər” cavabı verilir. Bu isə həkimlərin çağırış olan evə təxminən 1 saata yaxınlaşması deməkdir. Bu proses demək olar ki, hər gün təkrarlanır. Belə olan halda isə xəstənin həyatı üçün ciddi təhlükə yaranır.

Şikayətləri nəzərə alaraq, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladıq. O, ötən həftənin şənbə günü məsələni araşdıracağını və yalnız bundan sonra bizə cavab verəcəyini dedi. Lakin, həftənin birinci günündən etibarən Liya Bayramova ilə əlaqə saxlasaq da, o, zənglərimizə cavab vermir.

Görünür, nazirlik rəsmisi üçün həmin ərazidə yaşayan vətəndaşların həyatı elə də önəmli deyil.

Məsələni diqqətdə saxlayacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=110876

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31