Bakıda dövlət qurumu I qrup əlildən “ŞİRİNLİK” İSTƏYİR

24.01.2018 - 13:49

I qrup əlil Baxşəli Bayramov Nəsimi rayon İcra Hakimiyyətindən şikayətçidir. Bu barədə Modern.az-a danışan əlil çarəsiz olduğunu deyib:

“3-cü mikrorayon Hüseynbala Əliyev küçəsi bina 22, mənzil 1-də yaşayıram. Əlim-ayağım iflicdir. Kənar şəxsin qulluğuna möhtac olan adamam. 1992-ci ildə rayon İcra Hakimiyyətinin başçısınını qəbulunda oldum. Müraciətimdə hərəkət edə bilmədiyimə görə mənzilin yan hissəsindən qapı açılmasına və eyvan tikilməsinə icazə verilməsini xahiş etdim. İcra başçısı mənə müsbət cavab verdi və buna dair sərəncam imzaladı. 1992-ci ildən həmin sərəncam hissəsində evin yan hissəsində eyvan tikdim. Dəyişikliklə bağlı sərəncam təsdiqlənsə də, cizgi təsdiqlənməyib”.

 

B.Bayramov himayəsində biri əlil övladı olduğunu da qeyd edib:

“Ailədə 6 nəfərik, uşağımın biri də əlildir. Mən səhhətimə görə eyvan açmışam, özü də bunu icazəli etmişəm. Bir də Mənzil Kommunal Təsərrüfat Birliyinin 33 saylı aktı var. Aktda təsdiq edilib ki, həmin tikili 1992-ci ildə sərəncam əsasında tikilib. Mən sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim etdim ki, əlavə tikili mənzilimin sahəsinə daxil edilsin. Evin ümumi sahəsi 33,7 kvadrametrdir. Mənim istədiyim odur ki, əlavə tikili də ümumi ölçüyə daxil edilsin. Amma indi məni get-gələ salıblar. Mən əlil adamam haradandır məndə 2-3 min manat onlara verim. İstədikləri şirinlikdir, o da məndə yoxdur”.

Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən Modern.az-a məsələnin araşdırılacağını bildiriblər.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=110913

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31