Qarabağ qazisi bu ünvandan gileylidir – həkim özbaşınalığına dözə bilmədiklərini deyir

27.01.2018 - 16:06

“Həyat yoldaşım iki ildir ki, xərçəngdən əziyyət çəkir. Həkimlər bu iki ildə az qalıblar ki, məni də bu xəstəliyə düçar edələr. Hökümətin pulsuz verdiyi dərmanları yerli həkimlər bizə od qiymətinə satır.”

Bu sözləri Cebhe.info-ya Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil, Bakir Abdullayev deyib.

Bakir Abdullayev Ağdam rayonunun Seyidli kəndindən məcburi köçkündür. O, hazırda Ağdam rayonunda məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində yaşayır.

Artıq iki ildir ki, həyat yoldaşının tutulduğu xərçəng xəstəliyi ilə mübarizə aparan ailə, artıq həkim özbaşınalığına dözə bilmədiklərini deyir:

“Yoldaşım Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Onkologiya şöbəsində əməliyyat olunub. Həmin zaman xəstəxanaya 500 manatdan artıq pul vermişəm. İndi isə hər “ximya” üçün həkimlər məndən xeyli miqdarda pul tələb edir. Demək olar ki, yoldaşımın aldığı 55 manat pensiyanın üstünə də 100 manat qoyub onun dava-dərmanlarına xərcləyirəm.”

B.Abdullayev dəfələrlə həkimlərə bu dərman preparatlarının pulsuz olduğunu desə də, müharibə veteranına dərmanın xəstəxanaya pulla göndərildiyini bildiriblər.

“Sizdən artıq dərəcədə xahiş edirəm ki, Ağcabədi xəstəxanasındakı həkim özbaşınalıqlarını ictimailəşdirəsiniz görək bunlara kim ixtiyar verib?” – deyə, Qarabağ veteranı bildirib.

Məsələyə münasibət bildirən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəhbər Əzizov öncə baş verənlərdən xəbərsiz olduğunu, daha sonra sözügedən şəxsə müalicə işlərində yaxından köməklik göstərəcəyini bildirib. Həmçinin o, xəstəxanada bəzi xırda dərman pereparatlarının xəstə tərəfindən ödənildiyini təsdiqləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=111203

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31