“Dəllalıqla məşğul olan, insanları aldadan turizm şirkətləri…” – Nazir xəbərdarlıq etdi

31.01.2018 - 15:00
Turizm fəaliyyəti üzrə lisenziyalar ləğv olunan sonra bəzi dəllalar ortaya çıxıb”.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, həmin şəxslər insanları aldadırlar: “Onlar guya xidmət göstərirlər. Yalandan qiymətlər verirlər, yalandan nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir. Nəticədə biz itiririk. Biz birləşib normal bir proqram üzərində öz potansialımızı ortaya qoya və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər”.
Ə.Qarayev əlavə edib ki, hazırda “Turizm haqqında” yeni qanunun üzərində iş aparılır:
“Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Heç kəsə güzəştə gedilməyəcək. Əgər kimsə beş ulduzlu otel əvəzinə iki ulduzlu otelin xidmətlərini göstərirsə, deməli, onlar barədə ölçülər götürüləcək. Əgər turist şirkətləri dəllalıqla məşğuldurlarsa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə gözləyirəm”.

report

Short URL: http://www.cumhuriyyet.net/?p=111534

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31