3 illik müqavilə ilə mənzil aldı, evinə köçə bilmir – AAAF-dan ŞİKAYƏT

31.01.2018 - 16:33

“AAAF Park” Yaşayış Kompleksində vətəndaş aldığı evə köçə bilmir.

Bu barədə Unikal.org-a şikayətçi Nərmin Cəfərova deyib.

O vurğulayıb ki, mənzil üçün lazımi məbləğin yarısından çoxunu ödəyib və hələ də evsiz qalıb: “AAAF parkdan 15 illik kreditlə ev aldıq. Bu günədək ödənişin yarıdan çoxunu etmişik. Müqaviləyə görə, bina bu ilin mart ayında hazır olmalı idi. Bizə 24-36 aya təhvil veriləcəyi deyilmişdi. Bu ilin martın 6-sı 3 ilimiz tamam olur. Əgər yaşayış binası tikilərsə, 14 mərtəbəli binanın 5-ci mərtəbəsində bizim mənzil olmalı idi. Amma tikilməsi nəzərdə tutulan 14 mərtəbəli yaşayış binasının bu günədək heç ikinci mərtəbəsi də hazır olmayıb”.

Sosial vəziyyətlərinin çətin olduğunu deyən şikayətçi qadın AAAF rəhbərliyindən mənzillə təmin olunmasını tələb edir:

“Çətin durumdayıq. Kirayədə yaşayırıq. Bir neçə dəfə AAAF rəhbərliyinə də bununla bağlı müraciət etmişik. Xahiş etdik ki, heç olmasa hazır olan binada bizi mənzillə təmin etsinlər. Amma yox cavabı aldıq. Bildirdilər ki, sizin kimi şikayətçilər çoxdur və bina hazır olmamış, onlardan mənzil tələb etməyək! Dedim bəlkə insan olub, utanıb bir köməklik göstərərlər. Amma elə rəftar edirlər ki, elə bil belə də olmalıdır. Bizə “düzələcək” deyib yola verirlər”.

3 illik müqavilə ilə mənzil aldı, evinə köçə bilmir
3 illik müqavilə ilə mənzil aldı, evinə köçə bilmir
3 illik müqavilə ilə mənzil aldı, evinə köçə bilmir
3 illik müqavilə ilə mənzil aldı, evinə köçə bilmir

Short URL: http://www.cumhuriyyet.net/?p=111550

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31