“İrşad electronics”in yeni fırıldağı, yoxsa…?

01.02.2018 - 09:43

Bu günlərdə “İrşad electronics”in müştəriləri aldatdığı məlum olub. Şirkət rəsmi saytında kreditin ilkin ödənişsiz verildiyini qeyd edib.

Ancaq “İphone 7” markalı telefonu almaq üçün mağazanın Qara Qarayev filialına yaxınlaşan müştəriyə “Biz onu müştəri cəlb etmək üçün elə qeyd edirik, siz qiymətin azı 40 faizi ilkin ödəniş etməlisiniz” deyiblər.

Minval.info-nun əməkdaşı məsələ ilə bağlı “İrşad electronics”lə əlaqə saxlayıb.

Şirkətin rəsmisi hər müştəriyə fərdi yanaşıldığını qeyd edib: “Biz saytda ilkin şərtləri qeyd etmişik, amma daha sonra da məlumat verilir ki, sifarişin təhlili zamanı şirkətin daxili təlimatına əsasən, mütəxəssislər əlavə ilkin ödəniş məbləği tələb edə bilərlər. Bütün məlumatları saytda xırdalaya bilmərik, müştərilər müraciət etdikdən sonra bütün şərtlərimizlə tanış ola bilərlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=111571

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31