Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri narazılıq edir – Nazirə GİLEY

01.03.2018 - 11:11

Şamaxıdan “Təzadlar”a göndərilən şikayət məktubunda maraqlı məsələyə toxunulur və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ünvanlıdır. Şikayətdə deyilir:

Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri narazılıq edir

-Hörmətli Səlim müəllim!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilən 36 mənzilli dördmərtəbəli ictimai yaşayış evini 4 ildən artıqdır ki, sahiblərinə vermək istəmirlər. Yaşayış evi şəhərə bitişik olan Şəhriyar qəsəbəsinin ərazisində tikilib. Bu bina son illər Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilən dördüncü ictimai yaşayış evidir. Bundan əvvəl şəhərdə hər biri 16 mənzilli üç yaşayış binası tikilib və ehtiyacı olanlara verilib. Biz şəhid ailələri rayon sakinləri reallaşdırılan bu layihələri ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən və sağlamlığını itirən insanlara göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndiririk, lakin nədənsə rayon rəhbərliyi bu mənzillərin bizə verilməsində maraqlı deyil. izdən xahiş edirik bu mənzillərin paylanmasına tezliklə göstəriş verəsiniz.
Redaksiyadan: məsələ tərəfimizdən araşdırılacaq…

Short URL: http://www.cumhuriyyet.net/?p=114309

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31