Bayram ərəfəsində Azərbaycanda baş verən dəhşətli hadisələr

03.03.2018 - 18:36

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

İlkin məlumatlara görə,  hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib. Bununla da Azərbaycanda bayram ərəfəsi lənəti davam edir, yenə bir neçə ailənin evində bayram yasa çevrilir. Çünki bu ölkəmizdə bayram ərəfəsində baş verən ilk fəlakət deyil.

Minval.info bayram ərəfəsində baş verən dəhşətli fəlakətləri xatırladır:

2015-ci ilin 4 dekabr tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş verən yanğın nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 8- dünyasını dəyişmişdi, 22 nəfər isə hələ də itkindir. Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub. Hadisədən 26 gün keçməsinə baxmayaraq, Azərbaycanın böyük əksəriyyəti bayram keçirməkdən imtina edərək, neftçilərimizin yasını saxlayıblar.

Oxşar ssenari 1 ildən sonra yenə baş verib. Dekabrın 15-də Xəzər dənizində güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşüb. Beləliklə, ən az 10 ailə 2017-ci ilə yas içərisində daxil olub.

2017-ci il  dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilmişdi. Alpinistlərin axtarışları hələ də davam etsə də, onlara aid heç bir izə rast gəlinməyib. Beləliklə, Azərbaycanda Yeni il yenə ruh düşkünlüyü ilə qeyd edilib. Alpinistlərin ailələri və dost-tanışları bayramı qeyd etmıyiblər.

Ölkəmizdə bayram ərəfəsində cəmiyyətdə ruh düşkünlüyü yaradan, bayramdan imtina etdirən təkcə insan itkisi yox, həmçinin pul itkisi də olub.

Bayram ərəfəsində – 21 dekabr 2015-ci ildə 2-ci devalvasiya ilə 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı. Qiymətlərin birdən-birə yüksəlməsi, cəmiyyətdə yaranan ajiotaj bayram tədbirlərinə təsir edib və bir çox az təminatlı ailə bayramı arzuladığı formada keçirə bilməyib.

Allah bütün şəhidlərimizə və fəlakət nəticəsində həyatını itirən vətəndaşlarımıza rəhmət eləsin. Azərbaycanın üzərindəki qara buludlar tezliklə dağılsın.

Short URL: http://www.cumhuriyyet.net/?p=114563

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31