Bu sahədə çalışanların maaşı artırıldı – SƏRƏNCAM

03.03.2018 - 18:55

2861959 05/31/2016 Azeri national currency banknotes with the denomination of 100 manats. MURAD ORUJOV/Sputnik via AP

Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Cumhuriyyet.net-in məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Digər sərəncamla isə mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=114568

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31