Prezident arıçılığın inkişafı ilə bağlı sərəncam imzalayıb

05.03.2018 - 18:51

Azərbaycan prezidenti İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb.

Cumhuriyyet.net-in məlumatına görə, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib.

Nazirlər Kabinetinə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydasını, Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, Kənd Təsərrüfatı Nazirliyinə isə Dövlət Statistika Komitəsi ilə birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna sayı, verilmiş subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası barədə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan müddətdə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat təqdim etmək, yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görmək tapşırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=114698

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31