Ağstafada icra hakimiyyəti camaatı eşitmir… – GİLEY

09.03.2018 - 10:43

Ağstafa şəhəri, 25-ci məhəllənin sakinləri yolsuzluqdan əziyyət çəkirlər

Onlar yaşadıqları küçəyə gedən yolun tamamilə yarasız hala düşməsindən şikayətçidirlər. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan məhəllə sakini Xəyal Şıxıyev artıq 3 ildir bu vəziyyətin yaşandığını deyir.

“5 ildir ki, burada yaşayırıq. Əvvəllər yolumuz bu qədər bərbad deyildi. 3 il əvvəl kanalizasiya və su xətlərinin çəkilişindən sonra tamam bərbad hala düşdü. Azacıq yağış yağan kimi maşınla küçəyə girmək mümkün olmur. Özüm taksi sürücüsüyəm. Maşınımı 3 ildir o biri küçədə, qonşunun həyətində saxlayıram. Bir dəfə yağış yağanda 1 həftə küçəyə girmək olmur”, — deyə X.Şıxıyev bildirir.

Ağstafada icra hakimiyyəti camaatı eşitmir...

Digər sakin Ceyhun Rüstəmov isə deyir ki, yol bərbad vəziyyətdə olduğundan uşaqlar məktəbə gedə bilmir, dəfələrlə yolda yıxılıb evə qayıtmağa məcbur olublar. O, yollarına ən azı çınqıl döşənməsini istədiklərini vurğulayır.

“Asfalt istəmirik, heç olmasa, daşdan, çınqıldan gətirib tökələr. Hamı kasıb adamdı burda, imkan yoxdur ki, özümüz bir əncam çəkək. Küçənin qurtaracağı Bakı-Qazax yoluna çıxır. Lakin quraqlıqda da o yoldan istifadə etmək mümkün deyil”, — C.Rüstəmov vurğulayır.

Ağstafada icra hakimiyyəti camaatı eşitmir...

Sakinlər məsələ ilə bağlı 3 dəfə rayon icra hakimiyyətində olduqlarını deyirlər. Onlara hər gedişlərində “tələsməyin”, “çəkiləcək” sözləri deyilsə də, problemin indiyədək həll olunmadığını bildirirlər.

Məsələ ilə bağli Ağstafa şəhər bələdiyyəsinin sədri Etibar Hacıyevlə əlaqə saxladıq. Bələdiyyə sədri Sputnik Azərbaycan-a açıqlamasında məsələdən xəbərsiz olduğunu, nümayəndəliyə sözügedən ərazi ilə bağlı şikayət daxil olmadığını bildirib. Etibar Hacıyev sakinlərin müraciət edəcəyi təqdirdə, məsələni araşdırıb, imkanları daxilində köməklik göstəriləcəyini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=115009

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31