Avtovağzalda bilet fırıldağı – Sürücülər sərnişinləri belə aldadırlar – FOTO

10.03.2018 - 15:51

Bakı Beynəlxalq Avtovağzalı öz vebsaytı vasitəsilə online bilet satışı da həyata keçirir.

Ancaq sərnişinlər bu sistemin şəffaf işləmədiyini iddia edirlər. Sərnişinlərdən birinin Minval.info- a verdiyi məlumata görə, saytda satışa çıxarılan oturacaqların böyük hissəsinin satıldığı göstərilsə də, avtobus yola düşdükdən sonra yerlərin çoxu boş qalıb.

Belə ki, sərnişin bilet alarkən 36 oturacaqdan 24-nün artıq satıldığını və 8 boş yerin qaldığını görüb.  Ancaq avtobus yola düşdükdən sonra sərnişin dolu göstərilən yerlərin bəzilərinin boş qaldığının fərqinə varıb.

Buradan belə nəticə çıxır ki, rayonlar arası sərnişin daşıma avtobuslarının sürücüləri özləri əvvəlcədən biletləri alır və daha sonra baha qiymətə satırlar. Beləliklə, həm xidmət səviyyəsi aşağı düşür, həm də baha qiymətə satılan biletlərin pulu kimlərinsə cibinə gedir, vergidən yayınırlar.

İddiaların həqiqiliyini yoxlamaq üçün Bakı Beynəlxalq avtovağzalının online satış sisteminə nəzər salsaq, görərik ki, martın 14-i Tovuz istiqamətində hərəkət edəcək avtobusda 41 oturacaq satışa çıxarılıb.

Onlardan 33-ü artıq satılıb, 8 boş yer öz alıcılarını gözləyir. Nəzərə alsaq ki, martın 14-i həftənin çərşənbə günüdür və Novruz bayramına da hələ çox var, deməli sərnişin sıxlığı gözlənilmir. Ancaq necə olursa biletlərin 80 %-i artıq tükənib. Əvvəlki təcrübələrə əsasən demək olar ki, sürücülər tərəfindən alınan bu biletlər də öz qiyməti – 6.78 AZN-a deyil, ən azı 10 AZN-a satılacaq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=115114

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31