Bu gün Azərbaycanda Yel çərşənbəsidir

13.03.2018 - 10:03

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Cumhuriyyet.net-in xəbərinə görə, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.

Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir.

Xanımlar uşaqlar üçün təzə paltar tikir.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-da qeyd edilib.

Martın 20-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=115290

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31