Novruz gəldi, dərd gəldi- AZAL-da yenə bilet tapılmır

17.03.2018 - 10:05

Novruz bayramı yaxınlaşdıqca xarici ölkələrdə yaşayan soydaşlarımızın bir qismi bayramı Azərbaycana, digəri isə ümumiyyətlə bahar tətillərinin daha mənalı keçməsi üçün xarici ölkələrə üz tuturlar.

Bundan əlavə, Novruz bayramı ərəfəsində bir sıra xarici ölkələrdən Azərbaycana turist kimi gəlib, burada istirahət edib, adət-ənənələri ilə tanış olmaq istəyir. Lakin istər öz doğma Vətənlərinə gəlmək, istərsə də xaricdə istirahət etmək istəyən soydaşlarımız, eləcə də xarici turistlər bir sıra problemlərlə üzləşirlər. Bunun da əsas səbəblərindən biri AZAL-ın bilet satışını müşkülə çevirməsidir. Belə ki, AZAL hər zaman olduğu kimi, xüsusən də Yeni il və Novruz bayramı ərəfələrində süni bilet defisiti yaradır. Sonra da çarəsiz vəziyyətdə qalan müştəriyə bu biletləri qiymətindən qat-qat baha satır. Hələ Yeni il bayramı ərəfəsində Moskvadan Azərbaycana gəlmək istəyən bir neçə soydaşımız Gununsesi.info-ya müraciət edərək belə bir problemlə üzləşdiklərindən şikayətlənmişdilər.
Artıq belə bir halın Novruz bayramı ərəfəsində də yaşandığı bildirilir. Adamlar nə ölkədən getməyə nə də gəlməyə bilet tapa bilmirlər. Satışda olanlar da həddindən ziyadə bahadır. İstanbul-Bakı reysi üzrə biletlər artıq 500-600 AZN, Moskva-Bakı reysi üzrə isə 600 hətta 700 manat civarnda satılır.
Məlumatlara görə, belə hallar təkcə bu iki şəhərlə yekunlaşmır. Ümumiyyətlə hansı reys üzrə Azərbaycan və Azərbaycandan daha çox müştəri uçursa, həmin reyslər üzrə biletləri tapmaq müşkülə çevrilir. Bunun süni surətdə yaradıldığı bildirlir. Kökündə isə biletləri müştərilərə qiymətin qat-qat bahasına satıb yaxşı gəlir əldə etmək niyyəti durur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115681

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930