Xaləddin İsgəndərovla bağlı qərar verilibmi? – İDDİA

24.03.2018 - 12:15

İcra başçısının vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.

Minval.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə Binəqədi rayonu İcra Hakimiyyətinin rəhbəri Xaləddin İsgəndərov işdən azad edilib. Prezident seçkilərindən sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.

Xaləddin İsgəndərov haqqında yerli mediada dəfələrlə yazılar dərc edilib. Onun nəzarəti altında olan Binəqədi rayonunda yaşıllıqların məhv edilməsi, yerində də binaların tikilməsi adi hal almışdı.

Həmçinin eks başçının dövründə xeyli müddət Binəqədinin yollarındakı problemlər kəskin narazılığa səbəb oldu. Bərbad yolların təmiri belə sakinlərin yaşam tərzinə ciddi təsir etdi. Buna görə də, dəfələrlə Binəqədi sakinləri etiraz edib, ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.

Qeyd edək ki, Xaləddin İsgəndərov vəzifədə olduğu müddətdə rayonda yerləşən hündürmərtəbəli binada 10-dan çox insanın ölümü ilə nəticələnən güclü yanğın baş verib.

Xatırladaq ki, vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edildikdən sonra ona yaxın adamlar və bir neçə qohumu işdən uzaqlaşdırıldı. Həmçinin deyilirdi ki, Xaləddin İsgəndərov da başçı vəzifəsindən kənarlaşdırılacaq.

DİA.AZ-a bu barədə danışan Binəqədi RİH-dəki qaynaq isə bildirdi ki, İsgəndərov hələlik vəzifəsini davam etdirir. Lakin onun güdişi həqiqətən də gündəmdədir. Mənbənin söylədikləri: “İşdən çıxarıldığı dpğru deyil. Amma çıxarılacaq. Ona görə də İsgəndərov hələ Fazil Məmmədov vəzifəsindən alınandan dərhal sonra hərəkətə keçib, rayonda yalnız pul qazanmaqla vəzifəsini davam etdirir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=116013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31