Bakıda 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib – 100 minlik mənimsəmə – VİDEO

28.03.2018 - 10:32

Taksi xidməti göstərmək istəyən 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib

Onları minik avtomobili kirayə vermək adı ilə aldadaraq külli miqdarda pullarını alıblar.

 Cumhuriyyet.net xezerxeber.az-a istinadən bildirir ki, 200 nəfərə yaxın adamı aldadaraq 100 min manata yaxın pul mənimsəyiblər.
Saytlardan birində taksi fəaliyyəti göstərmək üçün minik avtomobillərinin kirayəyə verildiyi haqda elan yerləşdirilib. Şərtlərdə də qeyd edilib ki, 48 ay ödənişdən sonra maşın sürücüyə qalacaq. Elanı görən 200-ə yaxın vətəndaş da həmin şəxslə əlaqə saxlayıb və razılığa gəlib, tələb edilən məbləğlər də ödənilib.
Hətta kirayə maşın götürmək istəyən insanlar İlqar İsmayılov küçəsində yerləşən ofisə dəvət edilib və orada onlara 2 maşın göstərilib. Bu yolla da 200-ə yaxın vətəndaş aldadılıb.Vətəndaşlara verilən nömrələrə isə zəng catmır.
Aldadıldıqlarını bilən şəxslər polisə müraciət ediblər. Onlar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət edilərək izahatları alınıb, araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=116277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31