Deputatlar Rüfət Aslanlını tənqid etdi- “BU SAHƏNİ MONOPOLİYAYA ALIB İMKAN VERMİR”
“Son dövrlərdə kreditlərlə bağlı məsələr qaldırılır, onların araşdırılması bəllidir. İstərdim ki, bu məsələ ilə məşğul olanlar onu ciddi araşdırsınlar”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov kredit problemlərindən danışarkən deyib.
Deputat vurğulayıb ki, gərək hesabat verilsin ki, nə qədər insan krediti fermer təsərrüfatı üçün, nə qədər insan maşın üçün alıb:
“Əgər hansısa insan öz şəraitinə görə məcburiyyətdən alıbsa, ona güzəşt olunmalıdır. İnsanların vəziyyəti ilə bağlı kreditlər dəyərləndirilməlidir. Kimisi toy üçün kredit alıb, bu insanlar nəzərə alınmalıdır”.
S.Novruzov həmçinin Maliyyə Bazarına Nəzarət Palatasının fəaliyyətini də tənqid edib. O valyuta dəyişmə məntəqələrinin bərpasını tələb edərək bildirib ki, bununla bağlı qanun qəbul edilsə də, onların fəaliyyəti bərpa edilməyib:
“Bu vaxta qədər 9 minədək insan çalışırdı, ailəsini saxlayırdı. Lakin bu sahəni kimsə monopliyaya alıb və fəaliyyətə başlamasına imkan vermir. Buna son vermək lazımdır”.
Daha sonra çıxış edən millət vəkili Fəzail Ağamalı bildirib ki, bu gün ən cidd problemlərdən biri vətəndaşlarla kommersiya bankları arasındaa yaranmış problemdir:
“Vaxtında banklar aşağı faizlə vətəndaşlarlardan əmanəti alaraq ikiqata artıq faizlə kredit verəndə bilməli idilər ki, bu bumeranq kimi üzlərinə qayıdacaq. İndi böhranlı vəziyyət yaranıb və bu dövlətin üzərinə atılıb. Əgər analamırdılarsa nəyə görə bankda oturub bank işi ilə məşğul olurdular?”
Deputat deyib ki, bu məsələ dəfələrlə müzakirə olunub, lakin nəticə yoxdur:
“Biz Maliyyə Bazarına Nəzarət Palatası yaratdıq. Palata 2 ildən artıq fəaliyyət göstərsə də, nəticəsi yoxdur. Hanı onların fəaliyyəti nəticələri? Bununl bağlı seçicilər müraciət edir. Biz sözümümü deyirik nəticəsi yoxdur. Seçkilərdən sonra bu istiqamətdə konkret addımlar atılsın”.
Short URL: http://www.cumhuriyyet.net/?p=116744