Prezidentliyə namizəd deputatı ittiham edib

04.04.2018 - 17:16

64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı Rüstəm Xəlilov Azərbaycan Prezidentliyinə namizəd Sərdar Cəlaloğlunun onun barəsində İctimai Televiziyada səsləndirdiyi ittihama cavab verib.

Deputat “Report”a açıqlamasında deyib ki, Sabirabadda müəllim işləyən Şahlar Cəbrayılovun və onun qardaşı oğlu Kazım Cəbrayılovun həbsində rolu olmayıb.

Deputat bildirib ki, Sərdar Cəlaloğlunun dedikləri həqiqətəuyğun deyil: “Onun dedikləri barədə hər hansı məlumata malik deyiləm. Bu məsələ ilə bağlı məlumat hüquq mühafizə orqanlarında olar. Mənim onların həbsində rolum olmayıb”.

Qeyd edək ki, S.Cəlaloğlu İctimai Televiziyada namizədlərə ayrılan ödənişsiz efir vaxtı çıxışında deyib ki, deputat Rüstəm Xəlilov atasının heykəlini şagirdləri ziyarətə gətirmədiyinə görə Sabirabadda müəllim işləyən Şahlar Cəbrayılovu və onun qardaşı oğlu Kazım Cəbrayılovu həbs etdirib: “Hadisə iki il öncə olub. Həmin şəxslər iki il həbsdə qalıblar. Ali Məhkəmə həbsi qanunsuz hesab edib”.

Xatırladaq ki, deputatın atası Gülbaba Xəlilovun büstü Nizami kənd bələdiyyəsinin binasının qarşısında ucaldılıb. O, bir vaxtlar məşhur pambıqçı olub, 1941-1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944-1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülbaba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və “Oraq və Çəkic” qızıl medalı alıb. Həmin heykəlin qızıl suyuna salındığı iddia olunsa da, R.Xəlilov bu faktı təkzib edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=116837

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728