Azərbaycan Prezidenti: “Biz bir-birimizi dəstəkləməliyik”

05.04.2018 - 18:04

“Azərbaycan bir çox mühüm beynəlxalq tədbirləri təşkil edib. Onların sırasında, siyasi və iqtisadi forumları, müxtəlif konfransları qeyd etmək olar”.

Cumhuriyyet.net  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevaprelin 5-də Bakı Konqres Mərkəzində keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində deyib.

Dövlət başçısı həmin tədbirlərdən ikisini xüsusi ilə qeyd edib: “Çünki bəhs etdiyim region üçün onların mədəniyyətlərarası dialoq, müxtəlif millətlərin, ölkələrin və dinlərin nümayəndələri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma baxımından çox böyük mənası var. 2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirdi. 2017-ci ildə isə biz IV İslam Həmrəyliyi Oyunlarını təşkil etdik. Beləliklə, iki il ərzində eyni şəhərdə biz Avropa dövlətlərinin, eləcə də İslam ölkələrinin oyunlarını keçirdik. Bu da dünyanın bütün xalqları arasında mədəniyyətlərarası dialoqa, qarşılıqlı anlaşmaya verilən töhfə idi”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzvüdür ki, “EXPO 2025”ə öz namizədliyini irəli sürüb: “Bu addımın özü göstərir ki, fikrimizcə, biz bu cür mühüm qlobal tədbiri keçirməyə qadirik. Müstəqilliyini cəmi 26 il öncə bərpa etmiş ölkə üçün, hesab edirəm ki, həmin tədbir qazandığımız nailiyyətləri və həqiqi olaraq, müstəqil olduğunuz təqdirdə əldə edilə biləcək nəticələri nümayiş etdirmək fürsəti olardı. Əgər siz heç bir tərəfdən asılı deyilsinizsə, siz bir çox nəticələri əldə edə bilərsiniz. Buna görə mən namizədliyimizə gəldikdə, üzv dövlətlərin dəstəyinə ümid edirəm və bu, həmrəylimizin növbəti təzahürü olacaqdır. Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də, müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=116945

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728