Bank müdiri müalicə üçün yığılan pulu da oğurlayıbmış

10.04.2018 - 17:59

Bir milyon manatdan çox pul ilə ölkədən qaçarkən saxlanılan bank müdiri Cəlil Əlizadə barəsində yeni iddialar ortaya çıxıb.

Gəncə şəhər sakini Ayfər Abbasova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, “Beynəlxalq Bank”ın Gəncə filialının “Yeni Gəncə” şöbəsinin rəhbəri olan C.Əlizadə onun qızının müalicəsi üçün toplanan 14 min dolları mənimsəyib: “Qızım Fatimə Əmiraslanova Beta Talassemiya xəstəliyindən əziyyət çəkir. Onun üçün xeyriyyə kampaniyaları keçirildi və müxtəlif banklarda açılan hesablara yardım edildi. Ümumi olaraq 24 min dollar yığıldı, qızımın əməliyyatına isə 150 min dollar lazım idi”.

A.Abbasova qeyd edib ki, həkim işləyən bacısı vasitəsilə C.Əlizadəni tanıyıb: “Bacım Cəlilə qızımın əməliyyatı ilə bağlı danışıb. Bir neçə gün sonra Cəlil mənə zəng edib devalvasiyaya görə manatın öldüyünü dedi və pulu dollara çevirib banka yüksək faizlə əmanət qoymağı təklif etdi. Mən də pul artsın deyə razılaşdım, ona 24 min dollar verdim. Bir müddət sonra donor axtarışına görə 10 min dollar ondan alıb bank hesabıma qoydum. Qalan 14 min dolları isə dəfələrlə istəsək də Cəlil hər dəfə bir bəhanə uydurub vermədi. Axırıncı dəfə dedi ki, filan tarixdə görüşüb pulunu verəcəyəm. Həmin gün nə qədər zəng etdik, onun nömrəsinə zəng çatmadı. Banka gedəndə öyrəndik ki, bir milyon pulla arvadı ilə birgə ölkədən qaçarkən tutulub. Cəlil hələ Gəncəyə gətirilməyib. Amma onunla birgə qaçan arvadı Aygül Qurbanova hazırda məktəbdə dərs deyir və işə çıxır. Qızımın müalicəsi üçün yardım edənlər də məndən hesabat tələb edir, nə onlara, nə də qızıma cavab verə bilirəm”.

Qeyd edək ki, C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var.O, iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117194

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930