“”Kontakt Home” hüquqları pozmaqda davam edir, ehtiyatlı olun!”

12.04.2018 - 16:29

“”Kontakt Home”şirkəti istehlakçıların hüququnu pozmaqda davam edir.”

Minval.info-nun xəbərinə görə, bu barədə “Azar İstehlakçılar” İctimayi Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

O bildirib ki, şirkətdən şikayətçi Ziyafət Abbasova buradan aldığı və tələbatını ödəməyən malı qanunla nəzərdə tutulan vaxtda dəyişmək istəyib. Lakin bu, mümkün olmayıb. Z.Abbasova həmçinin aldığı malı qaytarmağa çalışsa da,  “Kontakt Home” onun istəyini yerinə yetirməyib.

Eyyub Hüseynovun sözlərinə görə, şirkətin nə hüquqşünasları, nə də “Qaynar xətti” müraciətlərə cavab vermir:

“Şikayətlə bağlı AİİB İqtisadiyyat Nazirliyinə rəsmi müraciət göndərilib”.

Birlik sədri qeyd edir ki, “Baku Electronics”də bu prinsiplə işləyir: “Pulunu ver, itil cəhənnəmə”

Eyyub bəy istehlakçıları ehtiyatlı olmağa çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=117340

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728