“Bakı Bus” özbaşınalığı: – BNA-nı vecinə almır

17.04.2018 - 13:42

Ötən gün axşam saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 28 yaşlı Sənan Nəsibov intihar edib.
Xəstəxanadan “Ölkə.Az”a verilən məlumata görə, S.Nəsibov 20 gündür ki, 1 saylı şəhər xəstəxanasından onlara köçürülüb. Belə ki, həbsdən çıxdıqdan sonra dəfələrlə intihara cəhd edən Sənan Nəsibovu 1 saylı şəhər xəstəxanasına yerləşdiriblər. Ancaq o, xəstəxananada da boğazını kəsib. Hətta başına daşla vuraraq özünə xəsarət yetirib.
Bundan sonra 28 yaşlı oğlanı məcburi şəraitdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb. Ötən gün axşam isə Sənan şam yeməyi vaxtı palatada heç kimin olmamasından istifadə edərək mələfə ilə özünü asıb. Xəstəxananın nəzarətçiləri Sənanın şam yeməyinə gəlmədiyini görərək palataya gəliblər. Ancaq artıq gec olub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharın səbəbləri araşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=117581

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728