İlham Əliyevin andiçmə mərasimi keçirilir

18.04.2018 - 09:52

Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi başlayıb.

“Report”un xəbərinə görə, tədbir Milli Məclisdə keçirilir.

Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək və Kabinetin yeni tərkibi elan olunacaq.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir. Andın mətni belədir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərində keçirilən səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 %, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.12 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1.38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%, “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74% səs toplayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=117608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728