İlham Əliyev BNA-nın idarə heyətinə sədr təyin etdi

19.04.2018 - 19:47

Prezident İlham Əliyev Vüsal Kərimlinin Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, sərəncama əsasən Vüsal Ağaməmməd oğlu Kərimli Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Sənədlər Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Qeyd edək ki, bu il aprelin 2-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılıb. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Xatırladaq ki, Vüsal Kərimli indiyədək Bakı Nəqliyyat Agentliyinin baş direktoru vəzifəsində çalışırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=117741

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728