“1000 bərəkət, halal nemət” məhsulları halal deyilmiş

25.05.2018 - 18:57

Ötən günlərdə ölkə ərazisindəki mağazalardan birindən alınan sosiskanın içərisindən diri qurdların çıxması gündəm mövzusuna çevrildi

Bunu özündə əks etdirən video sosial şəbəkələrdə və xəbər saytlarında geniş yayıldı.
Bəzi istifadəçilər insanları sosiska və kolbasa yeməməyə səsləyib. Bəziləri isə məhsulun hansı şirkətə aid olduğunu öyrənməyə çalışıb.
Çəkilən şirkət adları arasında “1000 bərəkət, halal nemət”in ismi daha çox hallanırdı. Təbii ki, mağazaların və supermarketlərin əksəriyyətində üzərində “1000 bərəkət, halal nemət” yazılmış məhsullara daha çox rast gəlindiyindən insanlar belə düşünüb. Adıçəkilən əmtəə nişanlı sosiskalar və kolbasalar isə “Səhliyalı” MMC şirkətinə məxsusdur.
Minval.info bununla əlaqədar şirkətlə əlaqə saxladı, amma mövzu ilə bağlı açıqlama verilmədi və “lazım olsa, sizin nömrənizə zəng vurarıq” deyildi.
Bütün bunlar, “1000 bərəkət, halal nemət”in məhsullarının hansı keyfiyyətdə olmasını araşdırmaq əsas verib.
Əvvəlcə qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sözügedən əmtəə nişanlı sosiska və kolbasaların halallığına zəmanət vermədiyi söylənilir.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Səhliyalı” MMC-yə “halal” sertifikatı veribsə belə, hazırda bu dövlət qurumu ləğv olunub. Hər bir halda şirkətin məhsullarının halallığı sual altına düşür.
Deyilənlərlə bağlı Minval.info QMİ-nin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da zənglər cavabsız qalıb. Rəsmi saytda qeyd edilən yeganə əlaqə vasitəsinə – elektron poçtlarına suallarımızı göndərsək də buna məhəl qoyan olmayıb.
Bundan əlavə, bir müddət öncə “1000 bərəkət, halal nemət” sosiskalarının içərisində həşərat da çıxmışdı. Lakin şirkət ortada foto olmasına baxmayaraq, məlumatı təkzib etdi. Məhz buna görə, içərisindən diri qurdların çıxan məhsulun da “Səhliyalı” MMC tərəfindən istehsal olunduğu barədə fikirlər irəli sürülür.
Bəzi iddialara görə, “1000 bərəkət, halal nemət” əmtəə nişanlı kolbasa və sosiska məhsulları qoca, südsüz inəklərin ətindən hazırlanır.
Bu nişanlı məhsulların tərkibində də E 621 qlütamat və E 250 natrium nitrit maddələri var.  E 621 maddəsi dad gücləndirici, eyni zamanda insanlarda məhsula qarşı asılılıq yaradır. E 250 natrium nitrit isə məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu da qorxulu xəstəliklərə yol aça bilər.
Başqa bir iddiaya görə isə firmanın kolbasa üçün məhsulları ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın. Bundan əlavə, “Səhliyalı” şirkətinin leş ətlərdən də istifadə etdiyi barədə iddialar səsləndirilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Baxmayaraq ki, biz buna cəhd etmişdik.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119429

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930