“Ata Sığorta”da sığorta əməliyyatı etməyin! – GİLEY

12.06.2018 - 10:46

Ucar rayonu T.İsmayılov küçəsi ev 34 ünvanında yaşayani Məmmədov Mahir Əliyusif oğlu “Ata Sığorta”dan şikayətçidir.

Bu barədə AFN-ə ünvanladığı şikayət məktubunda M.Məmmədov özü qeyd edib. Onun sözlərinə görə, sığorta şirkəti onu aldadıb sığorta pulunu vermək istəmir: “17 dekabr 2017-ci il tarixdə Ucar şəhərinin Oğuz küçəsi ərazisində mənə məxsus 10 NR 709 nömrəli VAZ-2107 markalı avtomobillə VAZ-21011 markalı avtomobil toqquşub. Nəticədə mənim avtomobilimə 1800 manat ziyan dəyib. Təqsir qarşı tərəfdə olub. Hadisəni araşdıran Ucar rayon Polis Şöbəsində buna dair sənədlər tərtib edilib. Həmin sənədləri “Ata Sığorta”nın Göyçay rayon filialına təqdim etdim. Oranın əməkdaşı Rauf Həmidov hər dəfə müxtəlif bahanələr gətirə-gətirə avtomobilimə dəyən ziyanın sığorta pulunu vermək istəmir. Rauf Həmidov mənə bildirir ki, sənədlərini hazırlayıb Bakı şəhərinə mərkəzi idarəyə göndərmişik, onlar pulu verən kimi sizə sığorta pulu ödəniləcək. Baş idarəyə zəng edib deyirəm onlar deyir ki, bizlik deyil. Artıq 6 aydır ki, “Ata Sığorta” məni süründürməçiliyə məruz qoyub. Gah deyirlər, sənə 550 manat sığorta pulu veriləcək gah da deyirlər ki, 250 manat veriləcək. Bu fırıldaqçı sığorta şirkəti istədiyi saxtakarlığı edir. Əslində isə mənim avtomobilimə dəyən ziyanın məbləği 1800 manatdır ki, buna dair rəy var. Bu özbaşınalıq, qanunsuzluqdur ki, “Ata Sığorta” şirkəti edir. Mən mətbuat vasitəsi ilə vətəndaşlara bildirmək istəyirəm ki, ehtiyatlı olsunlar, “Ata Sığorta”da sığorta əməliyyatı etməyin. Bu şirkət dələduzluqla, saxtakarlıqla məşğul olur, vətəndaşları aldadıb pulunu mənimsəyir”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120339

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930