Elmar Vəliyevə silahlı hücumun təfərrüatı

03.07.2018 - 22:45

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. APA-nın əldə etdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib. Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir. İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb. Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.
Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu bildirilir.
Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb. FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121056

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930