Ermənistan Rusiya ilə hərbi ittifaqı pozur

23.07.2018 - 09:22

Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusu təkrar gözdən keçiriləcək. Virtualaz.org bildirir ki, belə sensasiyalı bəyanatla bazar günü Ermənistanın yeni müdafiə naziri David Tonoyan çıxış edib. “Bunlar daşda yonulmuş sənədlər deyil və vaxt ötdükcə problemlər yaranır, hansılar ki, hüquqi və müqavilə dəyişiklikləri tələb edir. Və bu, əlbəttə, ediləcək”, — deyə David Tonoyan Yerevanda jurnalistləri əmin edib.
Nazir Tonoyan Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna, hansı ki, 1992-ci ilin yanvarında, SSRİ-nin dağılmasından və Ermənistanın müstəqillik bəyannaməsi qəbul etməsindən sonra imzalanıb, konkret nə kimi dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib. Amma izah edib ki, Şirak əyalətinin Panik kəndində Rusiya hərbi qulluqçularının iştirakı ilə bu yaxınlardakı hadisə dəyişiklikləri sürətləndirə bilər.
Xatırladaq ki, ötən çərşənbə axşamı Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının hərbçiləri texnika və canlı qüvvə ilə Şirak bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açıb, qumbara atıb və s. hərbi hazırlıq əməliyyatları keçiriblər. Bu yerli əhali arasında ciddi təşvişə səbəb olub və narazılıq doğurub.
Rusiya qəzeti “Kommersant” qeyd edir ki, Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna yenidən baxılması haqda müdafiə naziri David Tonoyanın bəyanatı bu ölkənin müstəqilliyinin ilk illərindən bəri respublikada olan Rusiya hərbçilərinin ünvanına səslənən ən sərt fikirdir. (virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121434

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930