“Mobil telefon aldığım gündən, qara günlərim başladı” – “İrşad Electornics”dən şikayət

01.09.2018 - 11:29

“İrşad Electornics”dən Azad İstehlakçılar Birliyinə daha bir şikayət ünvanlanıb.

Bu barədə Open.az-a qurumun sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, dəfələrlə İqtisadiyyat naziri Şahin Mustafayevə rəsmi məktublar göndərilsə də, heç bir nəticə yoxdur.

Lənkəran rayonu Şağlaser kənd sakini Seyfulla Heydərov tərəfindən birliyə ünvanlanan məktubu təqdim edirik:

“Hörmətli Eyyub müəllim, 2018 ci ilin mart ayın 7-də Lənkəran şəhəri H.Aslanov xiyabanı bina 1-də yerləşən “İrşad elektronics” mağazasında özüm üçün 287.00 AZN-ə “SAMSUNG J2” markalı mobil telefon aldım. Həmin gündən mənim qara günlərim başladı. Bu telefonla digər abonentlərlə normal əlaqə saxlamaq olmur. Dəfələrlə telefonun normal işləməməsi haqqında müraciət etmişəm. Aprel ayın 10-dan üç dəfə telefon Bakıya servisə təmirə göndərilib. Ancaq heç bir əhəmiyyəti olmayıb. Mənim alıcılıq hüququmu müdafiə etmək və telefonu dəyişdirilməsində mənə köməklik göstərilməsini sizdən xahiş edirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=122140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930