“Bank of Baku” ilin sonuna qədər bağlana bilər – Əlillərə kredit verilmir

03.09.2018 - 15:45
Maliyyə problemlərindən əziyyət çəkdiyi üçün ilin sonunadək bağlanma riski böyük olan “Bank of Baku” 1-ci qrup əlillərə nağd pul krediti vermir.

Cumhuriyyet.net kommersant.az-a istinadən xəbər verir ki, 195 manatdan az təqaüd alan təqaüdçülər adı çəkilən bankdan kredit almaq üçün ölkədə fəaliyyət göstərən heç bir bankda öhdəçiliyi (zaminlik və ya kredit) olmamalıdır.

Xatırladaq ki, Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən bankların qarşısına qoyduğu tələbə əsasən, bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. “Bank of Baku”nun ikinci rübün sonuna olan hesabatına əsasən, bankın məcmu kapitalı 24 milyon 359 min manatdır ki, bu da bankın bağlanma riskini artırır.
Qeyd edək ki, “DəmirBank”ın məcmu kapitalı 25,5 milyon manat təşkil etdiyi üçün lisenziyası ləğv edilmişdi ki, bu da hazırki vəziyyətdə “Bank of Baku”nun məcmu kapitalından hələ 1,2 milyon manat artıqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=122245

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728