İlham Rəhimov abxaz separatçılarını Bakıya çağırıb – Foto

06.10.2018 - 12:57

 

 

 

 

 

 

 

 

 

 

Oktyabrın 7-dən 9-dək Bakıda Qara dəniz -Xəzər regionu ölkələri hüquqşünaslarının iclası keçiriləcək. İclasla yanaşı “Beynəlxalq terrorizm və müasir şəraitdə onunla mübarizə” mövzusunda konfrans da olacaq. Bu konfransın təşkilatçısı Kremlə yaxın məşhur Rusiya biznesmeni İlham Rəhimovdur.

Konfransda həmçinin Azərbaycanın sabiq baş prokuroru və hazırda Serbiyada səfiri olan Eldar Həsənovun çıxışı gözlənilir.

Gürcüstan hökumətinə yaxın mənbələrdən virtualaz.org-a məlum olub ki, konfransda sərbəst və müstəqil nümayəndə heyəti qismində Abxaziya xüsusi xidmət orqanlarının iki əməkdaşı iştirak edəcək, hansılar ki, keçmişdə Gürcüstanda separatçı hərəkatın aktiv iştirakçısı olublar.

Bu konfransda abxaz separatçılarının iştirakı faktı Gürcüstan tərəfini hiddətləndirib və buna görə o, konfransda və hüquqşünasların iclasında iştirakdan imtina edib.

Virtualaz.org yaxın vaxtlarda Azərbaycan hakimiyyəti nümayəndələrinin mövqeyini təqdim etməyə çalışacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=123454

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728