Elçibəyin BMT-yə göndərdiyi Elmar Məmmədyarov – Tarixi foto

02.11.2018 - 16:23

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dünyanın siyasi xəritəsinə adını yazdırmaqla yanaşı, özünün yeni siyasətçiləri və məmur korpusunu da yaratdı. Məşhur ifadədə deyildiyi kimi “kadrlar hər şeyi həll edir”. Ölkə ilk vaxtlar diplomatik xidmətini qurmaq üçün çox əlləşməli oldu. Kadrlar çox az idi, dünya isə çox böyük.

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil 1992-ci ilin noyabr ayında Nyu-Yorkda – BMT-də çəkilib. O zaman qardaş Türkiyə özünün bu beynəlxaq qurumdakı ofisində bir otağını təmənnasız olaraq Azərbaycan üçün ayırmışdı. Azərbaycan Respublikasının Ali Məhkməsinin sədri Tahir Kərimli BMT-dəki Azərbaycanın daimi nümayəndəliyi üçün ayrılmış həmin otağa gəlib.

Kövrək diplomatik addımlarını atan ölkəmizin ilk peşəkar kadrları Ali Məhkəmənin sədri ilə ilə birgə tarix üçün şəkil çəkdirirlər…

”O zaman Azərbaycanın imkanı yox idi ki, müstəqil bina kirayə etsin. Mən də məhkəmə hakimiyətinin və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ora getmişdim. Orada işləyənlərlə tanış oldum, səmimi görüşdüm. Daha sonra özləri istədilər ki, onlarla yadigar saxlamaq üçün bir şəkil çəkdirim. Çünki o zaman həm hörmətimiz var idi, həm də ki, etdiyimiz işlərdən xəbərdar idilər”- deyə Tahir Kərimli Modern.az-a bildirib.

Şəkildə solda uzun saçlı, enerjili təbəssümlə baxan və azərbaycansayağı bığları ilə gülümsəyən isə hazırkı xarici işlər nazirimiz Elmar Məmmədyarovdur. Elmar müəllim o illərdə (1992-95) Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin birinci katib olub.

Şəkildə sağdakı gənc hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yüksək post tutur. O, ARDNŞ-nin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Elşad Nəsirov 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışıb.

Romantik şüarlar və nikbin arzuların çağladığı 90-lar… Dünyanın bizi qəbul edəcəyinə və halımıza yanacağına səmimi qəlbdən inanırdıq.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124199

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930