Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri vəzifəsindən istefa verib.
Məlumatı Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Unikal.org-a təsdiqləyib. O bildirib ki, Elmir Vəliyev fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir.
Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri seçilmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=124565