Ankarada qatar qəzası: 7 ölü, 46 yaralı – Video

13.12.2018 - 11:33

Ankara-Konya sürət qatarı qəzaya uğrayıb.

Axar.az “Hürriyyət”ə istinadla xəbər verir ki, qatar Yeniməhəllə ilçəsinə bağlı Marşandiz stansiyasında relsdən çıxıb və yerüstü keçidə çırpılıb. Dağılan keçid vaqonların üstünə tökülüb. İki vaqonun aşdığı qəzada çoxsaylı insan yaralanıb. Dağıntılar altında da yaralılar var.

Hadisə yerli vaxtla 6:40-da (Bakı vaxtı ilə 7:40-da) baş verib.

***

Ankara valisi Vasif Şahin qəza nəticəsində 4 nəfərin öldüyünü, 43 nəfərin isə yaralandığını bildirib.

Vali qatarın şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu deyib.

***

Ankara Valiliyi qəzada 7 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 46 nəfərin yaralandığını açıqlayıb.

Qəza ilə bağlı istintaq başlayıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125503

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930