Fuad Muradovun Nazim İbrahimovdan fərqi nə? – diaspora fiasko…

19.12.2018 - 09:25

8 ay keçməsinə baxmayaraq, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsisədri postunda ciddi bir novatorluğu ilə diqqət çəkməyib.

Cahan.info-nun verdiyi xəbərə görə, Nazim İbrahimovdan hər hansı fərqli fəaliyyəti nəzərə çarpmayan Fuad Muradov xüsusən Avropadakı diasporın işində ciddi nəticələrə nail olmayıb.

Eyni zamanda Ukrayna diasporası ilə bağlı F.Muradovun reaksiyaları gecikir. Gundeminfo.az yazıb ki, Ukrayna, Rusiya, Moldava, Belarus kimi dövlətlərdə həyata keçirməli olduğu lobbiçilik fəaliyyəti uğursuzluq zolağındadır.

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlsə də, Azərbaycanın xarici ölkələrdə diaspor təşkilatları arasında həmrəyliklə bağlı tədbirlər planı barədə ictimayyətə məlumat verilmir.

Bundan başqa, Azərbaycanın fövqəladə və səlahiyyətli səfirləri komitə sədri ilə əməkdaşlıq etməkdə maraqlı görünmürlər.

Bu günlərdə jurnalist Nicat Dağların Ukraynada Azərabaycan diasporu ilə bağlı yazdığı reportajın məntiqi olaraq da təəssürat ortaya çıxdı ki, bu ölkədəki diaspor təşkilatları ilə səfirlik əməkdaşlıqda maraqlı deyil.

N.İbrahimovun dövründə diaspora ayrılan vəsaitlərin külli miqdarda mənimsənilməsi faktı varıydı. Bunu Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev açıqlamışdı.

Fuad Muradova gəlincə, onun da adı qrant əməliyyatlarında az keçməyib. Odur ki, yeni komitə sədrinin 8 aylıq fəaliyyəti ilə yanaşı bu dövrdə xərclənən vəsaitlərin təftişinə də ehtiyac var.

Tənqidçilərin fikrincə, F.Muradovun uğursuzluğunun bir səbəbi də komitə sədri postunda “dəmir əl” idarəçiliyi yarada bilməməsidir. F.Muradov qapalı məkan görüşlərindən və protokol çərçivəsindən çıxa bilmir.

Azərbaycanda ən bərbad durumda olan strukturlardan biri Diasporlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətidir. Müharibə şəraitində yaşayan bir ölkə üçün bu sahə olduqca vacib olmasına baxmayaraq yarıtmaz kadrların səbatsız fəaliyyəti nəticəsində bu əhəmiyyətli sahədə acınacaqlı durum hökm sürür.

Rubrika.az saytı yazıb ki, Fuad Muradovun keçmiş fəaliyyəti heç də sələfinin “uğurlarından” fərqlənmir. Belə ki, onun böyük qrant korrupsiyasına yol verdiyi barəsində məlumatlar var.

Avropa İttifaqının ayırdığı qrantları heç bir fəaliyyəti olmayan təşkilatların hesabına silməsi ciddi korrupsiya araşdırması zərurəti yaradır. Aİ-nın ölkəmizdə vətəndaş cəmiyyətinə 2007-2016-cü illər arasında xeyli yardımlar göstərilib.

Məsələn, “ÜMİD Sosial İnkişafa Dəstək” İctimai Birliyinə nə çox nə az, 1.137.189 avro pul ayrılıb. Bunlar da milyondan çox pulu 2 il ərzində sadəcə təlim, seminar və şəbəkələşməyə xərcləyiblər.

2016-cı ildə bitmiş bu proyektin heç bir şəbəkələşməsi qalmadığı kimi, İctimai Birlik özü hazırda heç bir proyekt də həyata keçirmir. Belə birlik, bu qədər pula belə proyekt olar?

Təhsil Nazirliyi ilə bağlı Təhsildə İnnovasiyalar Mərkəzinə 640.000 avro ayrılıb ki, bunun VC ilə heç bir əlaqəsi yoxdur.

Ümidli Gələcək Gənclər Təşkilatına (diasporla iş üzrə dövlət komitəsi sədri Fuad Muradovun qurumudur) 640.000 avro “çatdırılıb”, pullar xərclənib.

Bu proyektin bu günə olan təsiri bir neçə sıfırdan ibarətdir. Deməli bu təşkilat bu 640.000 euronu o qədər səmərəli xərcləyib ki, onların bu gün işləyən bir veb saytı belə yoxdur.

Yenə bu “Ümidli Gələcək” Təşkilatına Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə bir yerdə 2013-2016 illər üçün 300.000 avro qrant verilib.

Guya bu pulla onlar, 14-17 yaş arasında olan və polislə üzləşən uşaqların pis rəftara məruz qalmasını qarşısını almaq üçün tədbirlər həyata keçirib.

“Kakoy-to Tomris” Qadınlar Təşkilatına (google bu qurum haqda heç nə bilmir), işgəncə və pis rəftarın qarşısını almaq üçün 166.666 avro ayrılıb.

Göründüyü kimi uzun illər ərzində milyonlarla vəsait havaya sovrulub. Bu milyonların havaya sovrulmasında isə F. Muradovun rəhbərlik etdiyi təşkilatların “müstəsna xidmətlərinin” olduğu verilən məlumatlar sırasındadır.

Fuad Muradov vəzifəyə təyin olunandan sonra islahatlara başlamaq, uzun illər yol verilən nöqsanları aradan qaldırmaq əvəzinə “qonaqlıq siyasətinə” start verdi.

Cahan.info dia.az-a istinadla xəbər verir ki, Fuad Muradov erkən yola salına bilər. İlk gündən fəaliyyətindəki neqativlərlə diqqət çəkən F.Muradovun rəhbərlik etdiyi istiqamətdə naşı və kifayət qədər təcrübəsiz olması Azərbaycan dövlətinin diaspora siyasətini geri atmaqdadır.

Fuad Muradovu ola bilsin ki, tez yola salsınlar və yaxud da onun yanına peşəkarlardan biri gətirilə bilər və komitəyə də həmin şəxs rəhbərlik edə bilər. Hələlik bu versiyaların hə ikisi müzakirə olunur.

Fuad Muradovun bir-iki nəfəri qucaqlaşıdırıb öpüşdürməsi iş deyil. Rusiyada az qala bütün diaspora təşkilatlarımız Kremlin diqtəsi ilə hərəkət edir. Buna çarə qılmaq lazımdır.

O, hazırda aktiv pioner kimidir. Hara desən, gedir, hara desən qaçır… Bir azdan isə barıtı qurtaracaq. Çünki əsl problemləri görəcək. Onda ayılacaq ki, axı bütün bunlar onun gücü imkanında deyil.

İnterposta.info yazıb ki, fakt ortadadır- diaspor təşkilatlarımız arasında nifaq hələ də davam edir və bərbad vəziyyət daha da ağırlaşıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri dəyişəndən sonra bu sahədə müsbətə doğru dəyişikliklər gözləsək də son vaxtlar baş verənlər ümidlərimizi ürəyimizdə qoyur.

Komitənin yeni sədri daha çox piara üstünlük verməsi ortadadır və hesab edirik ki, Komitə sədrinin KİV-lərlə əlaqələrə diqqətli olması təqdirəlayiqdir.

Lakin burda bir şey önəmlidir. Fəaliyyət doğrudan müsbət nəticələrə səbəb olmalıdır və Azərbaycanın diaspor fəaliyyətində dirçəliş diqqəti cəlb etməlidir.

Bəzi məlumatlara görə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Fuad Muradovun münasibətləri heç də ürəkaçan deyil. Və söyləntilərə görə, nazir və komitə sədri faktiki olaraq bir-birlərini boykot etməklə məşğul olurlar.

Bu hal təbii ki, yuxarıda da qeyd etdiyimiz kimi, dağınıq və plansız davranan diaspor təşkilatlarının fəaliyyətinə heç də müsbət təsir göstərə bilməz. Əksinə, diaspor təşkilatların fəaliyyətinə öldürücü zərbə vura bilər.

Muradovun son bir ayda bir neçə Avropa ölkəsində keçirdiyi rəsmi və qeyri-rəsmi görüşlərdə Azərbaycan səfirliklərinin nümayəndələri iştirak etməyib.

Qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları ilə Diaspor Komitəsi yaxından əməkdaşlıq etməlidir.

Xaricdəki icmalarımızın, təşkilatlarımızın daxilində gedən çəkişmələr enerjinin xırda intiriqalara, qarşıdurmalara sərf olunmasına gətirib çıxarır ki, nəticədə ziyan diaspor işinə dəyir.

Komitənin açıqlamasını dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125665

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930