“OMD”də rəzalət: həkimlər yatdı, körpə qıcolma keçirdi – Foto

27.12.2018 - 14:49

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) növbətçi həkimlər gecə yatdıqları üçün körpələrdən biri qıcolma keçirib.

BiG.AZ xəbər verir ki, qu barədə qaynarinfo-ya uşağın əmisi Elvin Murad məlumat verib. O, xəstəxanada özbaşınalığın baş alıb getdiyini, gün ərzində azı 3-4 körpənin baxımsızlıqdan həyatını itirdiyini bildirib:

“Qardaşım uşağının vəziyyəti ağır idi. Bir həftə reanimasiyada saxlanılması üçün 500 manat vermişik. Uşağa kateteri səhv taxdıqları üçün, sidiyə gedə bilmir. Növbətçi həkimlər gecə yatıb, uşağın da vəziyəti pisləşib, sudurğa (qıcolma – red.) keçirib. İndi də ölümcül vəziyyətdədir. Aparata bağlı yaşayır. Çox xahiş edirəm bu özbaşınalığı, dərəbəyliyi, pul yığan kassaları ifşa edin. Hər gün ağır vəziyyətdə nə qədər uşaq gətirilir ora. Gün ərzində baxımsızlıqdan 3-4 körpə həyatını itirir. Uşağa baxan dayələrin onlarla necə rəftar etdiklərini öz gözlərimlə görmüşəm. Çox biabırçı mənzərədir. Üstəlik xəstə haqqında məlumat almaq istəyəndə, azı 5 manat pul alırlar. Adını da “görüm-baxım elə” qoyublar”.

Qeyd edək ki, bu, “OMD” xəstəxanası ilə bağlı edilən ilk şikayət deyil. “OMD”də uşaq ölümləri ilə bağlı dəfələrlə yazılar dərc olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126020

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930