Əliyevin Yeni İl gecəsi Qarabağ mesajının – Gizlinləri

03.01.2019 - 15:44

 

 

 

 

 

 

“Bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”. Anaxeber.info yazır ki, prezident İlham Əliyev Yeni İl gecəsi çıxışında Qarabağla bağlı belə deyib.

Əliyevin bu mesajı 2019-cu ilin bayram günlərində medianın toxunduğu əsas mövzu olub. Analitiklərin fikrincə, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq. 2019-cu ilin yanvar ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, rəsmi Bakı Rusiyanın vəkilləri Ermənistan və separatçı “DQR” vasitəsilə Azərbaycana qarşı apardığı vəkalət müharibəsinin nəticələrinin ortadan qaldırılması, işğal altındakı ərazilərin azad edilməsi üçün çox gec olsa da, nəhayət, hərtərəfli strateji dövlət proqramı hazırlamalıdır.

Qısa zamanda erməni əsilli vətəndaşlarımız üçün yaşamaq və işləmək üçün tam təhlükəsiz, etibarlı, cəlbedici, çəkici və faydalı bir ölkəyə çevrilməliyik.Bunun üçün ilk növbədə keçmiş DQMV ətrafında yerləşən 7 rayon işğaldan azad edilsin.

“Laçın dəhliz”i ilə bərabər, “Mehri dəhlizi”nə analoji müvəqqəti status verilsin. Təhlükəsizliyin təmin edilməsi üçün Suriyada tətbiq edilən və ciddi uğurlu nəticələr verən “İdlib modeli” modifikasiya edilərək və yerli şəraitə uyğunlaşdırılaraq tətbiq edilsin.

S.Əkbər hesab edir ki, müxtəlif səbəblər, o cümlədən getdikcə genişləndirilən və sərtləşdirilən sanksiyalar üzündən yaxın perspektivdə (3-5 il ərzində) RF-nin zəifləmə meylinə girəcəyini də nəzərə alaraq, işğal altındakı 5 rayonun geri qaytarılması müqabilində Rusiya Silahlı Qüvvələrinin 25 ildən sonra “sülhməramlı qüvvələr” adı altında yenidən geri dönüşünə izin verməməlidir.Paşinyan hakimiyyətdə duruş gətirə bilsə, 2019-cu ildə Qarabağ danışıqları bir nəticə verə bilər. Bu sözləri isə politoloq Tofiq Abbasov deyib.

Nikol başa düşür ki, işğaldan əl çəkməsə, Ermənistanda heç bir irəliləyiş baş verməyəcək. Ola bilsin ki, işğal tərəfdarları ona bu istiqamətdə təzyiq göstərsinlər. Ancaq bu basqılar sona qədər davam edə bilməz, çünki Qarabağ probleminin həllinin gecikməsi Ermənistan üçün çox təhlükəli tendensiyaya çevrilir.

2018-ci il də Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmədi. Ancaq bütün illərdə olduğu kimi 2018-ci ildə də Qarabağ ətrafında maraqlı hadisələr yaşandı. Birincisi, Ermənistanda 20 ildən sonra “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı.

İkincisi, son bir neçə ayda atəşkəsin pozulması halları azaldı. Bundan əlavə, ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamı lap azalıb. Ermənilərin yalnız 31 faizi hesab edir ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilat Ermənistanı qoruyacaq, 63 faizi isə “qorumayacaq” deyib.

Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır. Rusların “bu biznes layihədir, imtina edə bilmərik” cavabı erməniləri daha çox məyus edir.

Azərbaycan prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının fevral ayındakı qurultayında Dağlıq Qarabağ probleminin həlli haqqında da danışdı. Prezident həmin qurultayda belə bir fikir də işlətdi ki, azərbaycanlılar gələcəkdə İrəvana da qayıdacaqlar. Bu açıqlama Ermənistan rəsmilərinin qəzəbinə səbəb oldu.

Ermənistan prezidenti və digər rəsmiləri İlham Əliyevin bu fikrini Azərbaycanın Ermənistan torpaqlarına iddia kimi qiymətləndirdilər. Yəni guya rəsmi Bakı gələcəkdə Ermənistanın torpaqlarını işğal etmək istəyir. İlham Əliyevin çıxışında “biz Ermənistandakı torpaqları geri alacağıq” sözləri yox idi.

Sadəcə, İlham Əliyev ona işarə edirdi ki, əgər Ermənistan Azərbaycan torpaqlarını işğal edibsə, Azərbaycan da eyni hərəkəti edə bilər. Bu, Azərbaycanla Ermənistan arasındakı psixoloji savaşın tərkib hissəsidir.

Bu arada, Azərbaycan prezident vacib qərar verdi. Bundan sonra Azərbaycan – Ermənistan sərhədini Azərbaycanın quru qoşunları deyil, sərhəd qoşunları qoruyacaq. Bu qərar ciddi müzakirə olunur. Yerevan da bu qərardan narahatdır. Çünki Azərbaycan sərhəddə yerləşdirdiyi ordu hissələrini Dağlıq Qarabağ ətrafında cəmləşdirə bilər.

Əvvəl Azərbaycan ordusu Ermənistanla sərhəddə əlavə qoşunlar yerləşdirmək məcburiyyətində idi. İndi isə bu işi sərhəd qoşunları yerinə yetirəcək.Rəsmi Bakının bu sərtliyi müharibənin qarşısını almaq istəyən dövlətlərin Ermənistana təzyiqini artırmalıdır.

Nəhayət, dekabrın son günlərində Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirildi. Qurultayda təşkilata yeni sədr seçildi. Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri oldu. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməni separatçıları, Ermənistan hakimiyyəti və erməni lobbisi ilə dialoq aparmağı bacarmalıdır.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həm açıqlama vermək, həm də üçüncü ölkələrdə ermənilərlə polemika aparmaq bacarığına malik olmalıdır.İcma rəhbərinin rus və ingilis dillərində sərbəst danışması da vacibdir. Bir sözlə, ötən ilin sonuna yaxın münaqişənin həllində prosesi dinamikləşdirmək üçün mühüm hazırlıq işləri görüldü, qərarlar verildi.

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ümidlər hər ilin sonu növbəti ilə ötürülür. Ancaq 2019-cu il Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər.
Anaxeber.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126124

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930