Bolton: “Kürdlərə görə zəmanət verİLməsə, Suriyadan çıxmayacağıq”

07.01.2019 - 16:10

 

 

 

 

 

 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib ki, Türkiyə hakimiyyətindən kürdlərə hücum etməyəcəklərinə dair zəmanət almayanadək ABŞ qoşunları Suriyanı tərk etməyəcək.

Virtualaz.org bildirir ki, bunu Con Bolton İsrailə səfəri zamanı deyib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının Suriyadan çıxmasının şərtlərindən biri də kürdlərin təhlükəsizliyinə zəmanətlə yanaşı, İŞİD terror təşkilatının tam məhvidir.

C.Boltonun bu bəyanatına Ankaranın cavabı gecikməyib. Türkiyə Prezidentinin mətbuat xidmətinin sözçüsü İbrahim Qalın bildirib ki, Türkiyənin kürdləri hədəfə alması fikri ağılasığmazdır: “Türkiyənin hədəfi İŞİD və PKK-PYD-YPG terror qruplaşmalarıdır. Bir terror qruplaşmasının kürdləri təmsil etdiyi fikrini irəli sürmək hər şeydən əvvəl kürd qardaşlarımıza hörmətsizlikdir”.

Qeyd edək ki, İsraildən sonra Bolton bu gün Suriya məsələsinin ətraflı müzakirəsi və ABŞ qoşunlarının çıxarıması ilə bağlı müzakirələr aparmaq üçün Türkiyəyə səfər edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126199

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930