Hicran Hüseynovanın adını batıranlar kimdir? – Araşdırma…

08.01.2019 - 13:04

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova ətrafına nəzər salsa, dostunu və düşmənini yaxşı ayırd edə bilər.

Xanım komitə sədri anlayar ki, onun fəaliyyətini gözdən salan, yerli-yersiz adını media gündəminə gətirən, kadr siyasətinin bərbad olması fikrini formalaşdıran kimlərdir.

Reportyor.info son həftələr baş verənlərə diqqət çəkərək yazır ki, AQUPDK gördüyü işlərlə deyil, vəzifəli şəxslərinin komitənin fəaliyyətinə aidiyyatı olmayan əməlləri ilə göz qabağındadır.

 

Ölkəni ayağa qaldıran sədr müavininə “İstefa” şüarı…

 

Onlardan biri H.Hüseynovanın müavini Sədaqət Qəhrəmanovadır. Komitə sədrinin müavini ilin sonunda Şirvanda aksiya keçirilməsinə zəmin yaratmaqla həm ölkə rəhbərliyinin daxili siyasətinə, həm komitənin reputasiyasına zərbə endirmiş oldu.

Ancaq fərqinə varmadı. Aksiya keçirənlər S.Qəhrəmanovanın Şirvanın icra başçısı olarkən həyata keçirdiyi əmlak qanunsuzluğuna etiraz edirdilər. Komitənin işinə dəxli olmayan bu məsələnin bir zərbəsi istər-istəməz H.Hüseynovaya dəydi.

Onun müavini ilin-günün bu vaxtında əlində transparatlar tutaraq insanların küçəyə çıxmasına səbəb oldu. S.Qəhrəmanova sosial sabitliyin lokal şəkildə pozulmasının ilk səbəbkarı idi. Vətəndaşları küçəyə çıxaran səbəb həmişə sosial zülm və haqsızlıq olur.

Əgər onun problemi sivil şəkildə həllini tapırsa, aksiya keçirmir. S.Qəhrəmanova isə vəziyyəti o həddə qədər şişirdi ki, insanlar “Sədaqət Qəhrəmanovaya istefa” şüarları ilə küçəyə çıxdılar.

 

Söhbət Ziya Əliyev Fəxrəddin oğluna edilən haqsızlıqdan gedir. Mətbuat onun hüquqlarını müdafiəsinə qalxan insanların aksiyasını çəkmişdi.

Məlum olmuşdu ki, Sədaqət Qəhrəmanova “Bərəkətli” MMC açıb. Sonra BMT İnkişaf Fondundan pul alıb. Fondun qrantı hesabına avadanlıqlar gətirib. Amma həmin yer Ziya Əliyevindir.

O gündən istifadə edərək həmin yeri saxta sənədlərlə arxiv idarəsində qeydiyyatdan keçirib. “Bərəkət” MMC fəaliyyət göstərməsə də, S.Qəhrəmanovanın məhkəmələrə təsiri nəticəsində ZiyaƏliyevə 12 min manat cərimə ödədiblər.

İndi yenidən 17 min 300 və 49 000 manat tələb edirlər. Z.Əliyevin sözlərinə görə, bunu Allah götürməz:“Yerdə prezidentimiz, göydə Allahımız, inanırıq ki, bu ədalətsizliyə son qoyulacaq”.

Ümumiyyətlə, ötən il heç bir əyalətdə belə səs-küylü etiraz aksiyası olmamışdı. Amma komitə sədri Hicran Hüseynovanın müavini Sədaqət Qəhrəmanovaya görə camaat ayağa qalxmağa məcbur qaldı.

Onlar mübarizələrini davam etdirirlər. Z.Əliyevin yaxınlarından olan Əhədov Abuzər Fərrux oğlu artıq dövlət rəhbərliyinə, müvafiq instansiyalara, eyni zamanda Hicran Hüseynovaya teleqram göndərib.

A.Əhədov teleqramda iş adamı Z.Əliyevin başına gətirilən müsibətdən, hüquqlarının tapdalanmasından və S.Qəhrəmanova tərəfindən müflis edilməsindən yazıb, prezidentin qanuna uyğun tədbirlər görülməsini xahiş edib.

 

170 min dollarlıq skandala nə deyirsiz?

 

Elə bilərsiniz ki, H.Hüseynovanın adını batıran təkcə müavini S.Qəhrəmanovadır, yanılarsınız. Ondan əvvəl dəkomitənin adı 170 minlik rüşvət skandalına qarışmışdı.

Komitənin sabiq aparat rəhbəri Səfər İmanova qarşı səsləndirilən 170 min dollarlıq rüşvət qalmaqalı sədr H.Hüseynovanın özünə ağır zərbə oldu. Komitə rəhbəri ittihamları rədd edərək böhtan adlandırmışdı.

Amma pulu əlindən alınmış şəxs kimi adı keçən Eynur Kərimovun rüşvət qalmaqalının detallarını açıqlaması da H.Hüseynovanın durumunu bir qədər də çıxılmaz etmişdi.

Eynur Kərimov hüquq-mühafizə orqanlarından xahiş etmişdi ki, komitə sədri Hicran Hüseynova ilə üzləşməsi təşkil olunsun. Vəkili Kamandar Nəsibovun sözləri:

“O, həqiqətən də hazırda ölkədə olmayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov vasitəsilə komitə sədri Hicran Hüseynovaya rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunması üçün 170 min dollar verib.

Səfər İmanov müvəkkilimlə video danışıqlarında təsdiq edib ki, həmin 170 min dolları Hicran Hüseynovanın tapşırığına görə Eynur Kərimovdan alıb.

Eyni zamanda bildirib ki, Hicran Hüseynovanın digər əməlləri barədə onda dolğun məlumatlar da var. Səfər İmanov həmçinin Komitənin tenderlərində rəhbər kimi göstərişləri yerinə yetirib və orda mənimsəmə faktlarının olduğunu da təsdiqəyib.

Hicran Hüseynova mətbuat vasitəsilə Eynur Kərimovu tanımadığını iddia etsə də, Eynur Kərimov komitə sədrinin ona vəzifə söz verdiyini iddia edir.

Ətraflı olaraq 10-15 dəqiqə komitə sədrinin şəxsi kobinetində olan danışıqlar ona dəlalət edir ki, Hicran Hüseynovanın o məbləğlə bağlı məlumatı var və özü də bir neçə dəfə bildirib ki, səni vəzifəyə təyin edəcəyəm.

Sadəcə mənim adım heç yerdə hallanmasın. Həmin bu məsələdə isə vasitəçi rolunu oynayan Səfər İmanov 170 min dollar məbləği Eynur Kərimovun gözü qarşısında Hicran Hüseynovaya verib”.

Yada salaq ki, komitənin Uşaq problemləri şöbəsinin müdiriCəmilə Bağırovanın da adı uşaq oğurluğu işinə qarışmışdı.Onun qardaşı Daməd Bağırovla keçmiş həyat yoldaşı – Qırğızıstan vətəndaşı Merim Beishekeyeva arasındakı məhkəmə çəkişməsi, uşağını, ABŞ vətəndaşı olan Ceylanı oğurlayıb Dubaydan gizli, sənədsiz, anasının razılığı olmadan Azərbaycana gətirməsi, bu məsələdə Damədin məsuliyyətdən yayınmasında bacısının vəzifəsindən sui-istifadə etməsi uzun müddət komitəni diqqət mərkəzində saxladı.

Ona görə də C.Bağırovanın komitənin və H.Hüseynovanın gücündən qardaşı üçün istifadə eləməsi AQUPDK-nə başucalığı gətirmədi.

Göründüyü kimi, komitənin və sədrin adı üç hadisəyə qarışıb – rüşvət, Dubay işi və müavin Sədaqət Qəhrəmanovanın sahibkarı müflisləşdirilməsinə görə etiraz aksiyası…

Hər üç hadisənin məsuliyyətini H.Hüseynova qəbul eləmir. Lakin fakt faktlığında qalır ki, komitə sədrinin müavini, şöbə müdiri, aparat rəhbəri hansı əməllərin sahibləridir.

Onların ucbatından komitə, H.Hüseynova dillərdən düşmür. Bu proseslərin partlayış nöqtəsi isə S.Qəhrəmanovaya etiraz olaraq səs-küylü etiraz aksiyası keçirilməsi oldu.

Sədaqət Qəhrəmanova özü ilə bərabər Hicran Hüseynovanı da batmaqda olan gəmiyə dartdı. Baxmayaraq ki, Sədaqət Qəhrəmanova ittihamları rədd edir, deyilənlərlə razılaşmır.

Amma A.Əhədov və həmyerliləri Z.Əliyevin arxasında sonuna qədər duracaqlarını, onu müdafiə edəcəklərini, səslərinin prezidentə çatmasına qədər mübarizə aparacaqlarını bildirirlər.

Onların sözlərinə görə, ortada bir şərləmə, sahibkarı ziyana salmaq faktı var və humanitar bir sektorda komitə sədrinin müavini olan məmur xanım qanunları, dövlət başçısını saymadan istədiyini həyata keçirir.

Üstəlik, prezident dəfələrlə iş adamlarına şərait yaradılmasından danışıb, onlara mane olmamağa çağırış edib. Amma Sədaqət Qəhrəmanovanın və komitənin rəsmi şəkildə heç bir açıqlaması olmayıb.

H.Hüseynova fəaliyyəti tez-tez tənqid olunan, boşanmaların artdığı, qadına zorakılığın çoxaldığı bir vaxtda passiv mövqeyi, susqunluğu ilə onsuz da narazılıq yaratmaqla bərabər, kadrlarının qalmaqallı əməlləri ilə gündəmə gəlməsi ilə ikiqat onun prezident qarşısında etimadını sarsıdır, komitənin imicini darmadağın edir. Bu faktların hər biri ilə bağlı adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

REPORTYOR.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126218

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930