Pompeo: “İranın ayağının Suriyadan kəsəcəyik”

11.01.2019 - 10:11

ABŞ dövlət katibi Mayk Pompeo Misirə səfəri əsnasında deyib ki, Birləşmiş Ştatlar İran qüvvələrinin son nəfərədək Suriyadan çıxarılmasını istəyir. Bundan əvvəl prezident Trump bəyan etmişdi ki, ABŞ qoşunları Suriyadan tamamilə çıxarılacaq.

Pompeo Misir paytaxtında etdiyi çıxışda deyib ki, regionun xeyri naminə köhnə düşmənçiliklərə son qoyulmasının vaxtı çatıb. O qeyd edib ki, Birləşmiş Ştatlar İranın “ayağının Suriyadan kəsilməsi üçün diplomatiyadan və partnyorlarla əməkdaşlıqdan istifadə edəcək”.

Pompeo Misirə özünün Yaxın Şərqin 9 ölkəsinə səfər turu çərçivəsində gəlib. O bu səfər zamanı ABŞ-ın partnyorlarını əmin etməli idi ki, Vaşinqton qoşunların Suriyanı tərk etməsinə baxmayaraq Yaxın Şərqi tək qoymayacaq.

İran Rusiya ilə birlikdə Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək verir. Onların köməyi Suriyada 2011-ci ildən başlanan münaqişədə qüvvələr balansını Əsədin xeyrinə dəyişib.

Pompeo Qahirədəki Amerika Universitetində etdiyi “Xeyir qüvvəsi: Amerika Yaxın Şərqdə güclənir” adlı çıxışında deyib ki, ABŞ Yaxın Şərqdə “xeyir qüvvəsidir” və qoşunlarını Suriyadan çıxarmasına baxmayaraq İslam Dövləti ekstremist qrupunun yaratdığı təhlükənin tamamilə darmadağımn edilməsi öhdəliyinə sadiq qalır.

Pompeo deyib ki, Amerika çıxıb gedəndə xaos gəlir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Pompenun bu bəyanatına Twitter-də yazdığı postda istehza edib: “ABŞ harda, nə vaxt müdaxilə edirsə, ora onun ardınca xaos, zülm və nifrət gəlir”.

Pompeo çıxışı zamanı adını çəkməsə də keçmiş ABŞ prezidenti Barak Obamanı tənqid edib. O Donald Trampın xələfini Yaxın Şərqdə xaos toxumu səpməkdə ittiham edib və deyib ki, “o radikal İslamın inadkarlığını və kin-küdurətini lazımınca qiymətləndirə bilməyib”.

Bundan əvvəl Misirin xarici işlər naziri Sameh Şoukr ilə birgə keçirdiyi mətbuat konfransında Pompeo bildirmişdi ki, geniş tənqid olunmasına baxmayaraq ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair Trampın ötən ay verdiyi qərar yerinə yetiriləcək: “Prezident Trump qoşunların çıxarılması barədə qərarı qəbul edib. Biz bunu edəcəyik”.

ABŞ qoşunlarının Suriyadan çıxarılacağını təsdiqləməsinə baxmayaraq, dövlət katibi deyib ki, Vaşinqton İD qrupuna qarşı döyüşü başa çatdıracaq və Yaxın Şərqdə əzmli partnyor olaraq qalacaq.

(Azadlıq radiosu)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126315

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031