Mübariz Mənsimov tankerinə Elçibəy adı verdi

30.01.2019 - 13:48

Azərbaycan əsilli türkiyəli iş adamı, “Palmali” şirkətlər qrupunun başçısı Mübarizx Mənsimov öz tankerlərindən birini “Elçibəy” adlandırmaq niyyətindədir. Virtualaz.org xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

M.Mənsimov qeyd edir ki, 20-ci əsr Azərbaycana üç böyük lider bəxş edib: Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəy.

Daha sonra o, Elçibəy haqqında yazır: “Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, varlı balaları ilə yanaşı kasıbların da üzünə ali məktəbləri açıq elan etdi”.

“Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayında, gəmilərimizdən biri bu böyük şəxsiyyətin Əbülfəz Elçibəyin adını daşıyacaq”, – Mənsimov qeyd edib.

 

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=126610

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930