Azərbaycan aprel döyüşlərində… – Düşməni TİR-TİR ƏSDİRƏN UĞUR

27.03.2019 - 23:34

Qeyri-neft sektorunun inkişafını prioritet seçən Azərbaycan hazırda sənaye məhsullarının istehsalında uğurlu addımlara imza atır. Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti sayəsində ölkəmiz silah istehsalında da öz brendini yarada bilib. Ölkəmizdə artıq ixrac idxalı üstələyir. Azərbaycan silah ixracı məsələsində də qarşıya qoyduğu hədəflərə doğru gedir.

Cumhuriyyet.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan bir çox sənaye məhsulları ilə yanaşı, milli silahın istehsalında da uğurlara imza atmaqdadır. Bu proses təkcə iqtisadiyyatın yüksəldilməsi və ixrac potensialının artırılmasına deyil, həm də ölkənin təhlükəsizliyinin qorunması, milli və strateji maraqların təminatına xidmət edir. Son hədəf isə Silahlı Qüvvələrin ehtiyaclarını daxili imkanlar hesabına qarşılamaq, o cümlədən xarici ölkələrə hərbi təyinatlı məhsulları ixrac etməkdir.

Statistik məlumatlara görə, 2013-cü ildə cəmi 13 milyon dollarlıq silah ixrac edən Azərbaycanın 2017-ci ildə ixracat həcmi 100 milyon dolları ötüb. “Made in Azerbaijan” brendi ilə təqdim edilən milli silahlar bu gün NATO ölkələri də daxil olmaqla, dünyanın müxtəlif regionlarında istifadə olunur. “İstiqlal”, “Mübariz”, “Tufan”, “Qasırğa”, “Zərbə”, “Zəfər” və digər adda hərbi təyinatlı silahlar Azərbaycan Ordusunun qüdrətini artırmaqla yanaşı, hərbçilərin mənəvi ruhunu da yüksəldir.

 

Azərbaycan istehsal etdiyi silahların gücünü Aprel döyüşlərində də düşmənə nümayiş etdirdi. İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə xaricdən alınan silahlarla yanaşı, milli silahlarımız da öz sözünü deyib.

Qısa zamanda milli silah istehsalında yüksək nəticələrin əldə olunması Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarların nəticəsidir. Dövlətimizin başçısının “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair Fərmanı da müdafiə sənayesinin inkişafının dayanıqlılığının təminatına, bu sahədə idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsinə xidmət edir. Bu baxımdan silah istehsal edən müəssisələrin müasir standartlara cavab verməsi, eləcə də kadr potensialının gücləndirilməsi daim diqqətdə saxlanılır. Silah istehsal edən zavodlarda qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili həyata keçirilir. Müəssisələrdə dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah və avadanlıq quraşdırılıb. Zavodlarda yeni mexaniki emal sahəsində quraşdırılan proqramla idarə edilən mürəkkəb konstruksiyaya malik məmulatların istehsalı təşkil olunub.

Bu gün əminliklə demək olar ki, Azərbaycan silah bazarında da öz yerini alıb. Yaxın perspektivdə istifadəyə veriləcək istehsal sahələri, eləcə də fəaliyyətə başlayacaq müəssisələr isə təkcə daxili tələbatı ödəməklə deyil, eləcə də “Made in Azerbaijan” brendi altında beynəlxalq müstəviyə döyüş sursatları, atıcı silahlar və artilleriya vasitələrinin çıxarılması təmin ediləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127641

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930