Təkrar seçki qərarı: Türkiyədə nələr olur? – ŞƏRH

07.05.2019 - 09:13

Türkiyə Ali Seçki Qurumunun İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və 23 iyunda yenidən seçkinin keçirilməsi barədə qərarı o deməkdir ki, Türkiyə həmin tarixə qədər yenidən kəskin siyasi mübarizə dövrünə qədəm qoyacaq. Halbuki Prezident Rəcəb Təyyub Ərdoğan demişdi ki, seçki arxada qaldı, növbəti 4 il yarımda ölkədə seçki olmayacaq, problemlərin həlli ilə məşğul olmaq lazımdır və bu mənada “Türkiyə ittifaqına” ehtiyac var. “Türkiyə ittifaqı” ən azı bir ay təxirə salınır… Axar.az xəbər verir ki, bu sözlər Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlunun İstanbulda seçkilərin nəticəsinin ləğvi barədə şərhində əksini tapıb.
“Hakim Ədalət və İnkişaf Partiyasının əsas iradı budur ki, əgər məntəqələrin yalnız bir hissəsində yenidən sayım əsasında qələbə çalan CHP namizədi Əkrəm İmamoğlunun AKP-nin namizədi Binəli Yıldırımdan səs fərqi 26 mindən 12 minə qədər düşdüsə, demək, bütün məntəqələr yenidən hesablansaydı, nəticə hakim partiyanın namizədi Binəli Yıldırımın hesabına dəyişərdi. Məntiq var. Sadəcə sual olunur: Hər məntəqədə müşahidə aparan AKP nümayəndələri bu saxtakarlıqlara niyə göz yumub yekun protokollara imza atıblar?” – politoloq bildirib.
YSK-nın yeni qərarının Türkiyədə gələcək seçkilərdə istənilən nəticənin şübhə altına alınmasına şərait yaradacağını qeyd edən E.şahinoğlu tam şəffav seçkilər keçirməyin çətin olacağını bildirib: “İstanbulda yenidən seçki keçirmək növbəti seçkilərdə mənfi presedent yaradacaq. İkincisi, hakim partiya ASQ-də də Gülən izi tapıb. İstanbul Prokurorluğu ASQ-də çalışan 43 nəfərin Gülən şəbəkəsi ilə bağlılığına dair cinayət işi açıb. Bununla hakim partiyanın iddiasından vahim mənzərə ortaya çıxır: Gülən şəbəkəsi Türkiyədə seçkinin nəticələrinə də təsir edəcək gücdə imiş. Görünür, ASQ sədri fərqli qərar versəydi, Gülən şəbəkəsinin təsiri altında olmaq şübhəsi yaranardı.
Beləliklə, 23 iyuna qədər Türkiyə yenidən mübarizə meydanına çevrilir. Əsas suallardan biri budur: AKP və CHP yenədəmi eyni namizədləri irəli sürəcəklər? CHP təkrar seçkiyə razılaşsa namizədi yenə Əkrəm İmamoğlu olacaq. AKP-nin namizədinin yenə Binəli Yıldırım olacağı haqqında fikir söyləmək çətindir. Əslində, keçən dəfə də Əkrəm İmamoğlu Binəli Yıldırımla yox, Rəcəb Təyyub Ərdoğanla yarışdı. Bu dəfə də belə olarsa, bu o demək olacaq ki, Ərdoğan namizədlərinə güvənmir və hesab edir ki, özü meydanlarda olmasa, partiyası seçkidə qələbə qazana bilməyəcək. Əslində, bu, həqiqətən belədir. AKP yalnız Ərdoğanın xarizması üzərində reytinqini qorumağa çalışır”.
Politoloq qeyd edib ki, Türkiyə mağdur siyasətçiləri sevir. Vaxtilə Rəcəb Təyyub Ərdoğanın elə İstanbul bələdiyə başçısı qismində mağdur duruma düşməsi və bir neçə sətrlik şeirə görə 6 ay həbsdə yatması onun ulduzunun parlamasına və Cümhurbaşqanı məqamına qədər məsafə qət etməsinə yol açdı: “İndi mağdur duruma Əkrəm İmamoğlu düşüb. Bəlkə də AKP özü də fərqinə varmadan Əkrəm İmamoğlunun bir siyasətçi olaraq güclənməsinə yol açır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128081

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930