Ölkəmizə atılan güllələr: anti-Azərbaycan çevrələrinin dəyişməyən hədəfi

13.05.2019 - 00:02

Ölkəmizə qarşı xaricdəki xain çevrələrin köhnə “resepti” əsasında növbəti qarayaxma kampaniyası başlayıb. Bu dəfə UEFA kuboku uğrunda mayın 29-da Bakıda ilk dəfə keçiriləcək final yarışı deyəsən Azərbaycan düşmənlərinin yuxusunu əməllicə qaçırıb. Dostları sevindirəcək qədər düşmənləri pəjmürdə edib. Guya Bakı bu nüfuzlu turnirin final yarışına ev sahibliyi eləməyə layiq deyil. Erməni saytlarından biri bu gün hətta “Arsenal”ın baş məşqçisinə istinadən belə bir cəfəngiyatı tirajlamağa çalışıb.

Böyük Britaniya XİN-in açıqlaması da təəssüf doğurur. Azərbaycan nefti hesabına böyük paralara sahib olan bir ölkənin (bp) xarici siyasət idarəsi bölgənin ən təhlükəsiz və sabit ölkəsi haqda öz vətəndaşlarında təşviş və şübhə yaratmaq istəyib. Amma əbəs yerə.

Ä°lgili resim

Son illərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər, mötəbər yarışlar keçirilib (2012 – “Eurovision”, 2015 – Avropa Oyunları, 2016 – İslam Həmrəyliyi Oyunları). Bakı həmçinin bir neçə dəfə ABŞ və Rusiya, NATO və Rusiya Baş Qərargah rəislərinin görüşlərinə uğurlu ev sahibliyi edib. Bu tədbirlərin hamısı yüksək səviyyədə, qüsursuz təhlükəsizlik şəraitində reallaşıb. Bunu istinasız olaraq, şəhərimizin bütün qonaqları, o sırada erməni müsafirlər də etiraf ediblər.

Ä°lgili resim

Artıq ənənə və silsilə halı alan bu tədbirlər görünür, xaricdəki bəlli çevrələri bərk rahatsız edir. Çünki söhbət Azərbaycanın bir dövlət olaraq getdikcə özünü güvənli, nüfuzlu və təhlükəsiz bir məkan kimi təsdiqləməsindən, ayaqda daha möhkəm durmasından gedir. Üstəgəl, Azərbaycan regionun energetik “xabı”na, vazkeçilməz tranzit və nəqliyyat ölkəsinə, Avropanın enerji və milli təhlükəsizliyi üçün çox mühüm faktora çevrilməkdədir.

bakı olimpiya oyunları ile ilgili görsel sonucu

Odur ki, anti-Azərbaycan dairələri köhnə bəhanələri və iddiaları təzədən dövriyyəyə buraxıb, ölkəmizi gözdən salmağa növbəti cəhdlər edir. Əsas hədəf heç də Azərbaycanın hakimiyyəti, insan haqları, universal dəyərlər deyil. Əvvəla, bu haqlar ondan dəm vuranların öz ölkəsində heç də az pozulmur. Bəli, Azərbaycanda bu sahədə problem var. Hansı ölkədə yoxdur ki. Əsas odur, onun həlli yönündə permanent addımlar atılır, siyasi iradə var. Bu kampaniyada hədəf əlbəttə ki, Azərbaycanın özüdür. Ərazisinin 20%-i on illərdir işğal altında olan Azərbaycan dövlətidir. Güllələr Azərbaycana atılır.

Məsələ də ondadır ki, işğala məruz qalan Azərbaycanın dünya miqyasında artan nüfuzu, ona etimadın və etibarın yüksəlməsi, Azərbaycanın bölgədə hörmətli dövlətə çevrilməsi Ermənistanın davam edən işğalçılıq siyasəti fonunda, onun 1 milyona yaxın soydaşımızı ən elementar universal haqdan – öz yurdunda sərbəst yaşamaq haqqından məhrum eləməsi fonunda baş verir. Anti-Azərbaycan qüvvələri ilə qəzəbli erməni çevrələrini bağlayan səbəb həm də budur: Azərbaycanın haqlı mövqeyinin dünyada daha güclü eşidilmə təhlükəsi.

Ä°lgili resim

Bir il öncə Ermənistanda inqilab nəticəsində hakimiyyət dəyişdi. İqtidara guya demokratik, Qərbyönlü qüvvə gəldi. Lakin ötən 1 ildə bu “demokratik iqtidar” Qərbdə özünə qarşı heç bir rəğbət qazana bilmədi. İşğalçı ölkədəki rejimə “demokratiya çuxası” geydirmək mümkün olmadı. Ermənistan 1 il öncə demokratiklik baxımından harada idisə, yenə orada ilişib qalıb. İşğalçı imicini inamla saxlayır.

paşinyan miting ile ilgili görsel sonucu

Ermənilər, xüsusən də Qərbdəki erməni lobbisi çox ümidli idi ki, “demokratik Ermənistan” layihəsi baş tutacaq və bu fonda işğalçı ölkə Qərbin, dünyanın gözündə Azərbaycan qarşısında, qardaş Türkiyə qarşısında ədalətli görünəcək, işğala bəraət alacaq, işğal faktı, Qarabağa dair nüfuzlu beynəlxalq təşkilatların sənəd-qətnamələri unudulacaq.

Alınmadı. Dünyanı aldatmaq mümkün olmadı. İnqilabçı baş nazir, ermənilərin “demokrat” lideri Nikol Paşinyan faktiki, sələflərinin yoluna qayıtdı, Rusiyadan daha möhkəm yapışdı. Azərbaycandan fərqli olaraq, SSRİ dağılan kimi, məmnuniyyətlə Rusiyadan vassal asılılığını qəbul edən bir ölkədə demokratiya tamaşası baş tutmadı. UEFA yarışı adı ilə Azərbaycana qarşı başlanan budəfəki çirkin kampaniyanın bir nədəni də bu.

Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törədən, işğal altındakı ərazilərimizdə etnik təmizləmə aparan, Ermənistanı monoetnik dövlətə çevirən ermənilər və onların Avropadakı havadarları, məkrli anti-Azərbaycan çevrələri zaman-zaman Azərbaycanı bölgənin iqtisadi, siyasi, humanitar mərkəzi, açar ölkəsi kimi, tolerant və mədəni xalq kimi deyil, məhz vəhşi, “mədəni erməniləri” sıxışdıran toplum-məmləkət kimi qələmə verməyə çalışırlar. Alınmır…

 

“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128145

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2019
BE ÇA Ç CA C Ş B
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031