Daşnaklar rusiyalı diplomatları necə pis vəziyyətə qoydular – qalmaqal

05.07.2019 - 00:07

Rəsmi Moskva Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin üzdəniraq “Ermənistan-“arsax” strateji ittifaqı” forumunun təşkilat komitəsinin üzvləri ilə  qalmaqallı görüşü ilə bağlı mövqeyini açıqlayıb. Xatırladaq ki, az öncə Minval.az-a məlum olmuşdu ki, ötən çərşənbə, iyunun 26-da forumun fəalları Armen Rüstəmyan, David Şahnazaryan və Qeqam Nazaryan Rusiya səfiri ilə Dağlıq Qarabağ danışıqlarının detallarını müzakirə etmiş, sonda ona mayın əvvəllərində işğal altındakı Xankəndində keçirilmiş Forumun rus dilində bəyannaməsini təqdim etmişdilər (bəyannamədə separatçı rejimin “müstqəqilliyi” və təhlükəsizliyindən bəhs edilir – red.).

O zaman “Yeni Müsavat” Media Qrupuna aid Minval.az saytı məsələ ilə bağlı izahat üçün Azərbaycan XİN-ə və Rusiyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinə müraciət etmişdi. Daha sonra Azərbaycan xarici siyasət idarəsinin mətbuat katibi Leyla Abdullayeva minval.az müxbirinə bildirmişdi ki, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi KİV-lərdə gedən həmin informasiyaya aydınlıq gətirilməsi üçün XİN-ə çağırılıb.

Rusiyanın Azərbaycandakı səfirliyi Minval.az-ın sorğusuna cavab verməyib. Rusiyanın Ermənistandakı diplomatik nümayəndəliyi isə səfirliyin rəsmi saytına müraciət etməyi məsləhət görüb – hansı saytda ki, qalmaqallı görüş faktı təsdiqlənir. İndi isə Azərbaycan tərəfinin müdaxiləsindən və Rusiya səfirliyi nümayəndəsinin Azərbaycan XİN-ə çağılırmasından sonra Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova iyulun 4-də Moskvadakı ənənəvi brifinqində Kopırkinin keçirdiyi görüşlə bağlı ölkəsinin mövqeyini bəyan edib.

Sergey Kopırkin ile ilgili görsel sonucu

Sergey Kopırkin

Jurnalistin “Mayın 26-da Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkininin üzdəniraq “Ermənistan-“arsax” strateji ittifaqı” forumunun təşkilat komitəsinin üzvləri ilə görüşünü necə şərh edərdiniz” sualına Mariya Zaxarova belə cavab verib ki, Rusiya diplomatları öz fəaliyyətlərində müvafiq beynəlxalq hüquqi sənədləri rəhbər tuturlar və öz səlahiyyətləri çərçivəsində ilk növbədə işlədikləri ölkələri rəsmi hakimiyyətləri ilə, həmçinin qeyri-hökumət təşkilatlarının, siyasi partiyalar və cərəyanların nümayəndələri ilə təmas qururlar. “Bu, onların birbaşa vəzifə borcudur”, – deyə xanım Zaxarova qeyd eləmişdi.

Ä°lgili resim

Onun sözlərinə görə, bu təmaslar açıq şəkildə olur və onlar haqda ictimaiyyət məlumatlandırılır. “Bu, bütünlüklə RF-nin Ermənistandakı səfirliyinə də aiddir” – Zaxarova bildirmişdi. Xatırladılan görüşə gəlincə, Zaxarova demişdi: “Söhbət səfirin olduğu ölkənin siyasi qüvvələri ilə ünsiyyəti çərçivəsində rutin (bəsit – red.) təmsalarından gedir. Bu, Ermənistanın ən qədim partiyalarından olan “Daşnaksütyun”un nümayəndələri ilə görüş idi. Mən həmçinin təsdiqləyə bilərəm ki, həmin söhbətin təşəbbüskarı erməni tərəfi olub və söhbətdə məsələlərin geniş spektrinə toxunulub. Dağlıq Qarabağ mövzusu da müzakirə edilib, hərçənd o, əsas məsələ olmayıb”.

Daha sonra Zaxarova bunu söyləyib: “”Görüşə “Ermənistan- Qarabağ” strateji forumunun (Rusiya XİN-in rəsmi nümayəndəsi məhz bu ifadəni işlədib – red.) rəhbərlərinin də qatılacağı barədə rusiyalı diplomatlar məlumatlandırılmayəblar”.

Ancaq Zaxarova “Biz qonaqpərvər və nəzakətli adamlarıq”, – deyə ardınca bildirib və əmin edib ki, həmin görüş mediada təqdim edilən siyasi çaları daşımayıb. Zaxarova xüsusi qeyd edib: “Rusiyanın Dağlıq Qarabağ nizamlanmasına dair mövqeyi dəyişməz qalır, bu mövqe Moskvada – dövlətin paytaxtında səslənir və yerlərdə bizim nümayəndələrimiz, o cümlədən diplomatlarımız tərəfindən təsdiqlənir. Bu mövqe həmişə ölçülü-biçili və balanslı olması ilə xarakterizə olunur”.

“Həmin mövqe haqda bizim azərbaycanlı tərəfdaşlarımız da məlumatlandırılıb” – xanım Zaxarova əminliklə deyib.

Beləliklə, Zaxarovanın sözlərindən belə qənaət hasil olur ki, daşnaklar sadəcə, Rusiyalı diplomatları aldadıb pis vəziyyətə qoyublar və görüşdə təxribatçı forumun təşkilat komitəsi üzvlərinin peyda olması səfir Kopərkin üçün tam gözlənilməz olub. Lakin bununla belə, “qonaqpərvərlik və nəzakət” göstərərək, onlara qapını nişan verməli olmayıblar. Ancaq belədirsə də, o zaman səfirliyin rəsmi press-relizində nədən söhbət “Daşnaksütyun” rəhbərləri ilə deyil, məhz bu təşkilat komitəsinin üzvləri ilə görüşdən gedir? Və nə üçün bu rəsmi reliz hələ də səfirliyin rəsmi saytında hələ də gözə girir?

Minval.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129211

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30