S-400-ün ixtiraçılarından biri olan əslən azərbaycanlı – İqor Aşurbəyli kimdir? – FOTO/VIDEO

18.07.2019 - 12:34

Bu günlərdə Türkiyənin Rusiyadan S-400 tipli hava müdafiə sistemli raketini alması dünya mediasının əsas gündəm mövzularından birinə çevrilib.

Musavat.com xəbər verir ki, dünyanın ən yaxşı hava müdafiə sistemi olaraq göstərilən, bir çox üstün xüsusiyyətləri ilə ABŞ-ın istehsal etdiyi “Patriot”ları kölgədə qoyan S-400-ün konstruktorlarından biri də əslən azərbaycanlı olan İqor Aşurbəylidir.

İ. Aşurbəyli 1963-cü ildə Bakıda dünyaya gəlib. Oxuduğu 27 nömrəli məktəbi qızıl medalla bitirdikdən sonra cəmi bir yer uğrunda 17 abituriyentin mübarizə apardığı Azərbaycan Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin mühəndis-sistemotexnik ixtisasına qəbul olunub.

Картинки по запросу Ашурбейли, Игорь Рауфович

Ailəsi ilə birgə Rusiyaya köçdükdən bir il sonra 1991-ci ildə “Almaz” Elm-İstehsalat Birliyi (EİB) və bir sıra digər tanınmış dövlət və özəl qurumlarla birgə informasiya və telekommunikasiya məhsullarının geniş nomenklaturasının işlənməsi, istehsalı və satışı ilə məşğul olan “Beynəlxalq informasiya və telekommunikasiya bürosu” ASC-nin həmtəsisçisi və rəhbəri olub (Teleqraf.com).

Ä°lgili resim

İ. Aşurbəyli ötən il yaradılan ilk kosmik ölkə olan “Asqardiya”nın da ilk baş naziri seçilib.

Yaradılan bu kosmik ölkənin yerdə ərazi sahibi olmamasına baxmayaraq, 300 mindən çox vətəndaşının olduğu bildirilir. İnternet vasitəsilə insanlar buranın vətəndaşlığını qəbul ediblər. Asqardia ölkə olması üçün bütün elementlərə sahibdir. Özünün konstitusiyası, himni, gerbi ilə yanaşı hətta istifadə etmələri üçün yeni “SOLAR” adlı kriptovalyutaları da var.

Yeni baş nazir, həmçinin 10-15 il içərisində kosmosa səyahət etmək üçün gəmilər hazırlamaq niyyətində olduqlarını, aşağı yerətrafı orbitdə yaşayış məskənlərinin salınması, 25 il sonra isə Ayda yaşam üçün bir koloniya qurmağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Yaradılan yeni ölkənin adı da diqqət çəkən məqamlardandır. Yalnız elmi- fantastik əsərlərdə görə biləcəyimiz bu ölkənin adı Skandinaviya mifologiyasındakı Allahların yaşadığı şəhər olan Asqardın şərəfinə belə adlanıb.

Gələcək planlardan bir də ölkədə qlobal internetin yaradılması həmçinin Yer planetinin asteroidlərdən qorunmasını təmin etmək üçün donanma yaradılması kimi məsələlər daxildir.

Картинки по запросу Ашурбейли, Игорь Рауфович

“Mən həyatda ikən Ayda daimi yaşayış yeri yaratmaq və ora uçmaq istəyirəm. Digər bütün şeylər avantüradır. Belə ki, məsələ hətta texnikada da yox, daha çox fiziologiyadadır. Bəşəriyyət sadəcə kosmik şülanma şəraitində yaşaya bilməz. Ona görə də Mars haqqında istənilən boşboğazlıq elə cəfəngiyyatdan başqa bir şey deyil. Yəni təbii ki, bir tərəfə bilet almaq olar, bundan artığını yox. Amma Ay – bəli, bu daha gerçək, anlaşılan və yaxındır,”deyə İ.Aşubəyli “Meduza”-ya bildirib.(Milli.az)

Похожее изображение

“Qarşıda duran ilk vəzifə Asqardiada Yer sistemindən asılı olmayan infrastruktur qurmaq, pasport, kredit kartı kimi məsələlərin həllini təşkiıl etməkdir”- deyə Aşurbəyli qeyd edib.

İ. Aşurbəylinin məqsədi Asqardianı azad bir dövlət kimi qurmaqdır.

Qeyd edək ki, onun rəhbərlik etdiyi Almaz korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan “S-300 Favorit” və “S-400 Triumf” raketlərinin istehsalı ilə məşhurlaşıb.

Məleykə Ağasoy
Musavat.com

iqor aşurbəyli S 400 ile ilgili görsel sonucu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129763

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930